Azərbaycan şirkəti calaqaltılar ixracına başlayır

Azərbaycan şirkəti calaqaltılar ixracına başlayırAzərbaycanda ting yetişdirmə sektorunda fəaliyyət göstərən "Grand-Agro Invitro" MMC ölkə tarixində ilk dəfə Qırğızıstana calaqaltılar ixracına başlayır. Məlumata görə, bu, təkcə şirkətin tarixində deyil, Azərbaycan tarixində də ilk hadisədir.
Şirkət ümumi həcmi 100 min ədəd olan müxtəlif növdə calaqaltıları Orta Asiya ölkəsinə ixrac edəcək.
"Grand-Agro Invitro" MMC 2017-ci ildən fəaliyyətə başlamış, aqrar sektorda əsas şirkətlərdən birinə çevrilən "Agro Food Investments" MMC-nin törəmə müəssisəsidir. Hazırda, Bakının Türkan qəsəbəsi ərazisində iri tingçilik üzrə kompleksə sahibdir.
"Grand-Agro Invitro"dan bildirilir ki, hazırda daxili bazarın müəyyən hissəsini həm calaqaltı, həm də meyvə tingləri ilə təmin edirlər. İndi isə əsas məqsədlərdən biri xarici bazara ixracı yüksəltməklə, bu sahə üzrə Azərbaycan brendini formalaşdırmaqdır.
"Grand-Agro Invitro" MMC-nin İcraçı Direktoru Taleh Zeynalov bildirib ki, xaricə ixrac ediləcək məhsullar əsasən gilas və albalı üçün nəzərdə tutulan calaqaltılardır. Bu calaqaltılar Qırğızıstanda yerli aqrar şirkətlər tərəfindən alınaraq üzərində müxtəlif sortlar calaq ediləcək.
İxrac ediləcək calaqaltı əsasən "Krymsk-5"dir. Calaqaltı nəmli torpağa və bakterial xərçəngə, eləcə də quraqlığa davamlıdır. Şirkət əməkdaşı əlavə edir ki, bu sortu Qırğız şirkəti özü sifariş etmişdir.
Xatırladaq ki, aprelin 20-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan hökumətləri arasında bir sıra sənədlər imzalanmışdır. İki ölkənin kənd təsərrüfatı naziri İnam Kərimov və Askarbek Canibekov sənədləri imzalamışlar. Daha sonra 5 oktyabr 2022-ci ildə İnam Kərimov Qırğızıstana səfər etmişdir. Həmin görüşdə iki ölkənin şirkətləri arasında keçirilən görüşlərdə ilkin olaraq Azərbaycanda istehsal olunan 200 min ting və calaqaltı əkin materialının Qırğızıstana ixracı, azərbaycanlı mütəxəssislərin bu ölkədə bağ salınması prosesində və təlimlərdə iştirakı ilə bağlı razılıq əldə edilmişdir.
"Grand-Agro Invitro" illik 4 milyon ting və calaqaltı istehsal gücünə malikdir.
Taleh Zeynalovun sözlərinə görə, müəssisənin yeni hədəflərindən biri də Özbəkistandır.  / marja.az

Maliyyə     Tarix: 01 mart 2023

Oxşar xəbərlər

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis


iqtisadi xeberler bitkoin qiymeti dollar kursu depozit faizleri bitkoin almaq