Azərbaycan şirkəti Dubaydakı şirkətə verilən borcu geri ala bilmədi – BORCU SATIŞA ÇIXARDI
Azərbaycanda böorc öhdəliklərinin satışı ilə bağlı bazar inkişaf etməkdədir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "Aqrar Kredit" BOKT öz balansında olan debitor borcların bir hissəsini satışa çıxarıb.
"Aqrarkredit" QSC BOKT-un elan etdiyi müsabiqəyə əsasən bu dəfə "United Textiles" FZE-nin şirkətə olan borcu və onun girov təminatı kimi çıxış edən əmlak müsabiqəyə çıxarılıb.
Qeyd edək ki, hazırda "United Textiles" FZE-nin "AqrarKredit" BOKT-a 19 milyon 643 min manat borcu var.
Müsabiqənin qalibi həm girov kimi təqdim olunan əmlaka, həm də bu borcu tələb etmək hüququna malik olacaq.
Bu müsabiqədə iştirak üçün ərazilərin qəbulu 2 iyul 2026-cı ildən 19 avqusta qədər davamm edəcək. Müsabiqə qalibi 25 avqust 2026-cı ildə müəyyən ediləcək.
Müsabiqə Maliyyə Nazirliyinin binasında keçiriləcək.
Müsabiqədə iştirak etaək istəyənlər girov əmlak barədə məlumatı "Aqrarkredit" QSC-nin baş ofisində ala bilərlər. İştirakçılar aktivin elan olunan ilkin satış dəyərinin 0,5% faizi həcmində beh ödəməlidirlər.
Müsabiqədə ən yüksək qiymət təklif etmiş iddiaçı qalib elan edilir. Qalib tərəf tələb olunan məbləği 30 günə ödəməlidir.

Banklararası iri ödənişlərin sayında və həcmində ciddi aylıq geriləmə baş verib
Əhalinin kredit borcu 21 milyard manata yaxınlaşıb – Bir ildə 2,45 milyard manat artıb
"Bitcoin" 86 min dolları ötüb - SON QİYMƏT
Kapital Bank nümayəndələri "Sibos 2026" çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
Şirkətlərin müddətli manat depozitləri bir ildə 1 milyard manatdan çox azalıb
Xalq Bankdan yeni XalqKart Taksit kartları
Yelo Bank hər ay komissiyasız investisiya həftəsi keçirəcək
"Bank Respublika"nın səhm qiymətləri artırılır
Kartlar ilə verilən kreditlər azalır
ABB-də daha bir baş direktor təyinatı
5 liderlik göstəricisi
İban nədir?
Kriptovalyuta nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes planı necə yazmaq lazımdır?