Azərbaycan şirkəti ilk dəfə Gürcüstana tikinti məhsullarının ixracına başlayıb
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti "Sika" MMC ilk dəfə olaraq Gürcüstana müxtəlif növ tikinti məhsullarının ixracına başlayıb. Şirkət tərəfindən bu ölkəyə ilkin mərhələdə 100 tondan çox məhsul göndərilib.
Qeyd edək ki, "Sika" MMC 2016-ci ildə Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. İsveçrə kapitallı şirkətin investisiya həcmi 10,3 milyon manat təşkil edir. Müəssisədə 70 nəfərə yaxın daimi iş yeri yaradılıb.
2018-ci ildən 2025-ci ilin I yarısı daxil olmaqla "Sika" MMC tərəfindən 80 milyon manatlıq məhsul satışı həyata keçirilib. / marja.az
Sement ixracı azalıb
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan 220 min 57,54 ton sement (hazır və ya klinker formasında) ixrac edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 262 min 21,59 ton təşkil etmişdi. Beləliklə, sement ixracını
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric
Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb
Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə
"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"
"Bu gün biz tərəfdaşlarımızla enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq edirik. Texniki-iqtisadi əsaslandırma mərhələsinin artıq yekunlaşmaq üzrə olduğu "Qara dəniz Enerji Kabeli" layihəsi Azərbaycanı Gürcüstan
FED faiz qərarını açıqladı
Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c