Azərbaycan şirkəti Özbəkistanla əsas sahələrdə birgə investisiya layihələri barədə razılaşıb

Azərbaycan şirkəti Özbəkistanla əsas sahələrdə birgə investisiya layihələri barədə razılaşıbBakıda Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi ilə Azərbaycan "NEQSOL Holding" şirkəti arasında saziş imzalanıb.
FED.az xəbər verir ki, bu barədə Özbəkistan İnvestisiya, Sənaye və Ticarət Nazirliyi bildirib.
Sənəd tikinti materiallarının istehsalı, geologiya və dağ-mədən sənayesi, telekommunikasiya infrastrukturunun inkişafı, energetika və "yaşıl enerji", kimya sənayesi, rəqəmsal texnologiyalar və innovativ startaplar kimi prioritet sahələrdə birgə investisiya layihələrinin həyata keçirilməsini nəzərdə tutur.
Tərəflər layihələrin birgə tədqiqi, məlumat mübadiləsi və Özbəkistan tərəfindən əlverişli investisiya şəraitinin yaradılması üçün dəstək göstərilməsi barədə razılığa gəliblər.
"NEQSOL Holding" 10-dan çox ölkədə aktivləri olan, sənaye, rəqəmsallaşdırma və şəhər infrastrukturunun inkişafı sahələrində ixtisaslaşan beynəlxalq holdinqdir. (Report)

İnvestisiya     Tarix: 03 iyul 2025

Oxşar xəbərlər

Azərbaycan İnvestisiya Forumunda - 10,8 milyardlıq 23 sənəd imzalandı

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başa çatıb, tədbir çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edə

Dövlət Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq

Milli maraqlara zidd olan müstəsna hallarda strateji investisiyalar dövlət tərəfindən alınacaq.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İnvestisiy

İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib

Sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib. xəbər verir ki, söhbət zamanı Preziden

Ticarət naziri: Böyük Britaniya şirkətlərinin Qarabağa investisiya qoymasını istəyirik

Böyük Britaniya şirkətlərinin Qarabağda fəaliyyət göstərməsi və investisiya yatırması üçün imkanlar mövcuddur. xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Lord Anas Sarvar Bakıda jurnalistlərin sualların

Azərbaycanda əsas kapitala investisiya qoyuluşu 11%-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat məbləğində investisiya yönəldilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu götərici ötən ilin müvafiq dövrü il

Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

"Gürcüstanla əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşayıblar". Azərbaycanda

Norveçdən Azərbaycana yatırılan investisiyalar - 34 DƏFƏDƏN ÇOX AZALIB

Norveçdən Azərbaycana yatırılan investisiyaların həcmində kəskin azalma baş verib. biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Cari ildə bu ölkədən cəmi 2 milyon 990 min dolla

Bu il qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 6%-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında əsas kapitala 9 milyard 295,2 milyon manat məbləğində investisiya yönəldilib. Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb.  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, b

Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 15% artıb

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 4 milyard 049,8 milyon manat investisiya yönəldilib. Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb.  biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlə


iqtisadi xeberler bitkoin qiymeti biznes xeberleri telefonla pul qazanmaq internetden pul qazanmaq