Azərbaycan şirkətinin builki ixrac gəlirləri 100 milyon dollara yaxınlaşıb
Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus "Azəralüminium" MMC 98 milyon 218 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
Bu barədə Korporasiyadan bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur.
8 aylıq ixracın 96%-dən çoxu ABŞ, Türkiyə, Rusiya, Belarus, Avropa İttifaqı və digər ölkələrin payına düşüb. O cümlədən ABŞ-a ixracın dəyəri 8,8 % artaraq 31 milyon 719 min ABŞ dolları olub.
"İstehsal edilən məhsulların miqdarının və çeşidinin artırılması, müasir texnologiyaların cəlb edilməsi, yüksək elm tutumlu alüminium məhsulların istehsalı məqsədilə texniki iqtisadi əsaslandırma tədqiqatları aparılıb, alüminium yayma texnoloji avadanlıqlarının istehsalı üzrə dünya lideri olan Almaniyanın "ACHENBACH" şirkəti ilə birgə müəssisə yaradılıb ki, hazırda bu istiqamətdə layihə işləri aparılır. Eyni zamanda, Daşkəsən rayonunda yerləşən Zəylik Alunit yatağından istifadə etməklə gil torpaq və gübrə istehsalının, həmçinin, yerli neft koksundan istifadə etməklə alüminium istehsalının əsas xammalarından biri olan anod bloklarının istehsalının təşkil edilməsi istiqamətində xarici ölkə mütəxəssisləri cəlb edilməklə alüminium sənayesinin idxaldan azad edilməsinə yönəlmiş texniki iqtisadi araşdırmalar aparılır", - deyə məlumatda qeyd olunub.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report / marja.az

Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı
"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb
Azərbaycan şirkətləri 3 ildə Gürcüstana – 450 MİLYON DOLLAR YATIRIB
Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Start-up nədir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Green Card nədir və onu necə əldə etmək olar?
Mcdonalds françayzinqi neçiyədir?