Azərbaycan startapı yeni tipli külək enerjisi turbinləri təklif edir

Azərbaycan startapı yeni tipli külək enerjisi turbinləri təklif edirCari ilin mart ayında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş 3-cü qrant müsabiqəsi üzrə qalib layihələrin maliyyələşdirilməsinə başlanılıb.
"Kuleko" MMC-nin layihəsi olan "Kuleko - yeni tipli külək enerjisi turbinlərin yaradılması"  qalib gələn 13 layihənin sırasında yer almışdır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
"Kuleko" MMC-dən MArja-ya daxil olmuş məlumatda bildirilir ki, yeni külək qurğusu ənənəvi külək generatorlarından üfiqi oxlu olması və xüsusi stasionar panellərə (patent də bu panellərə alınıb) malik olduğu ilə fərqlənir. Belə ki, klassik şaquli oxlu külək generatorları "ventelyatora" oxşayan qurğulardan ibarətdir və küləyin istiqamətindən asılı olaraq yerində fırlanmalı, yəni "küləyi tapmalıdırlar". Nəticədə belə generatorlar küləyi tapmaq üçün əlavə fırlanma mexanizminə malk olmalıdırlar.
Yeni qurğu isə tamamilə fərqlidir və üfiqi şəkildə – yerə paralel yerləşdirilir. Belə olduğuna görə, küləyin istənilən istiqamətində fırlanır və çox yer tutmur. Nəticədə, bir yerdə çoxsaylı belə qurğu yerləşdirmək olur.
Generatorun ölçüləri, tətbiq ediləcəyi yerindən asılı olaraq dəyişir. Hal-hazırda 2,5x2,5 metr minimal işlək modeli üzərində işlər gedir.
"Kuleko"nun iki modifikasiyası var – akkumlytorla (off-grid) və akkumlyatorsuz (on-grid). Akkumlyatorlu variantın üstünlüyü ondadır ki, qurğu işləyən zaman əldə edilən enerji akkumulyatora toplanır, nəticədə külək olmayanda da yığılan enerjini istifadə etmək olur.
Azərbaycanda külək potensialı böyük (245 gün küləkli olur) olduğunu nəzərə alaraq bu layihənin həyata keçirilməsi məqsədə uyğun hesab olunur.
Azərbaycan startapı yeni tipli külək enerjisi turbinləri təklif edir/ marja.az

Maraqlı     Tarix: 19 iyul 2023

Oxşar xəbərlər

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

Avropada restoranlarda bəxşiş vermək lazımdır? Səyahət bələdçisi izah edir

Avropada bəxşiş qaydalarını anlamaq bəzən çətin ola bilər, xüsusən də adətlər ölkədən ölkəyə dəyişdiyi üçün. Bu qısa bələdçi restoran etiketini və xidmətə görə bəxşiş qaydalarını izah edir ki, qitə boyunca daha rahat səyahə

ÜDM üçün tələ: süni intellekt köpüyü niyə iqtisadçıları əvvəlkilərdən daha çox qorxudur?

ABŞ fond bazarı yüksəlişdədir və bu artımın əsas lokomotivi süni intellektdir. Texnologiya nəhəngləri süni intellekt mütəxəssislərini öz tərəflərinə çəkmək, çipləri kütləvi şəkildə almaq və məlumat mərkəzləri tikmək üçü

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Çinin yeni Arktika marşrutunun perspektivləri və gizli riskləri

Dəniz daşımalarındakı dar boğazlardan getdikcə daha çox narahat olan dünya üçün Dubai Tower gəmisinin reysi ümidverici siqnal sayıla bilər. Konteynerdaşıyan gəmi avqustun 15-də Çinin Ninbo limanından yola düşərək Şimal Buzl

Ötən il Qərbi Kaspi Universiteti 5 milyon manata yaxın mənfəət əldə edib

Qərbi Kaspi Universitetinin 2025-ci ildə ümumi gəlirləri 14 milyon 172,5 min manat, vergitutma məqsədləri üçün mənfəəti isə 4 milyon 963,1 min manat təşkil edib. Universitetin təqdim etdiyi mənfəət vergisi bəyannaməsind


iqtisadi xeberler bank faizleri bitcoin en son xeberler birbank