Azərbaycan təbii qaz hasilatını və xaricə satışını artıra-artıra gedir
Azərbaycanda 2023-cü ilin ilk 4 ayında 16.2 mlrd. kub-metr həcmində təbii qaz hasil edilib.
Banker.az bu barədə energetika naziri Pərviz Şahbazovun tvitinə isinad edir.
O, qeyd edib ki, təbii qaz hasilatı illik 2.6% artıb.
Hesabat dövründə Azərbaycan xaricə 8.4 mlrd. kub-metr həcmində təbii qaz ixrac edib. Ötən ilin eyni dövründə 7.6 mlrd. kub-metr olduğunu nəzərə alsaq, illik cari dövrdə 10.5% artım göstərib.
Yanvar-aprel aylarında Avropaya 3.9 mlrd. kub-metr, Türkiyəyə 3.4 mlrd. kub-metr, Gürcüstana isə 1.1 mlrd. kub-metr qaz ixrac olunub.
Bu dövrdə TANAP Türkiyəni 1.9 mlrd. kub-metr qazla təchiz edib.
2022-ci ilin müvafiq dövründə xaricə qaz satışı 7.6 milyard kubmetr təşkil edilmişdi. Həmin dövrdə Türkiyəyə 2.9 milyard kubmetr, Avropaya 3.5 milyard kubmetr, Gürcüstana isə 1.2 milyard kubmetr qaz satılıb. Bu dövrdə BTC boru kəməri sisteminə 36 milyon kubmetr qaz verilib. Türkiyəyə TANAP-la bu müddətdə 2 milyard kubmetrə yaxın qaz nəql olunmuşdu.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Fond birjası nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?