Azərbaycan təbii qazı Rusiya və Türkmənistandan hər 1000 kubmetrini $200-dən ucuz alır

Azərbaycan təbii qazı Rusiya və Türkmənistandan hər 1000 kubmetrini 0-dən ucuz alırAzərbaycan 2023-cü ilin ilk ayında xaricdən idxal etdiyi təbii qazın həcmini 311.95 milyon kub-metrə çatdırıb.
Banker.az xəbər verir ki, 2022-ci ilin ilk ayında Azərbaycan xaricdən cəmi 35.89 mln. kub-metr (1.36 mln. dollar) təbii qaz almışdı ki, bunu da yalnız İrandan alınmışdı.
Cari ildə isə İrandan idxal dayanıb, əvəzində Rusiya və Türkmənistandan edilir.
2023-cü ilin ilk ayında Azərbaycan idxal etdiyi qaza görə qeyd edilən iki ölkəyə 54.81 mln. ABŞ dolları valyuta ödəyib. Bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Azərbaycan Türkmənistandan təbii qaz idxalına 2022-ci ilin aprelindən başlayıb ki, bu da Azərbaycan, İran və Türkmənistan liderlərinin 2021-ci ilin son ayında "svop" qaz anlaşmasından sonra baş verib.
2022-ci ilin aprelindən ilin sonuna qədər 154.62 mln. kub-metr miqdarda və ya 21.65 mln. dollar dəyərində Türkmənistandan təbii qaz idxal edilmişdi. Cari ilin yanvarından isə Türkmənistandan  64.4 mln. kub metr həcmində qazı 9.02 mln. dollara idxal edilib.
2022-ci ilin son ayından başlayaraq isə Rusiyadan təbii qaz alınmağa başlayıb. Dekabr ayında  93.27 mln. kub-metr ($17.25 mln.) təbii qaz ixrac edildiyi halda, 2023-cü ilin yanvarında "sıçrayışla" 247.55 mln. kub-metrə ($45.8 mln.) yüksəlib.
Azərbaycan təbii qazı ümumiyyətlə standart Avropa bazarından xeyli aşağı qiymətə alıb. Türkmənistandan ötən ilin aprelində hər 1000 kub-m üçün 80 dollara alsa da, sonrakı aylardan qiyməti hər 1000 kub-m üçün 140 dollara qaldırıb. Rusiyadan isə standart olaraq dekabr (2022) və yanvar (2023) aylarında hər 1000 kub-m üçün 185 dollara idxal edib.
Qeyd edək ki, 2023-cü ildə Avropa bazarlarında təbii qazın qiyməti TTF qaz habında (ICE) hər 1000 kub-m üçün qiymətlər 500-700 ABŞ dolları aralığında dalğalanır.
2023-cü ilin ilk ayında Azərbaycan özü xaricə hər 1000 kub-m üçün  ortalama 548 dollara, yəni 255.6 mln. kub-m həcmində təbii qazı 140.04 mln. dollar qiymətində ixrac edib.
Energetika nazirinin ən son yenilənmiş statistikasına görə, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan xaricə ixrac etdiyi təbii qazı illik müqayisədə 13% artırmaqla 4.3 mlrd. kub metrə çatdırıb. O qeyd edir ki, Avropaya 1.9 mlrd. kub-metr, Türkiyəyə 1.7 mlrd. kub-metr, Gürcüstana isə 0.7 mlrd. kub-metr qaz ixrac olunub.

Xəbərlər     Tarix: 16 mart 2023

Oxşar xəbərlər

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları


iqtisadi xeberler dollar məzənnəsi birbank biznes ideyalari bu gunun xeberleri