Azərbaycan-Türkiyə birgə müəssisəsinin rəhbərliyində - İki mühüm təyinat

Azərbaycan-Türkiyə birgə müəssisəsinin rəhbərliyində - İki mühüm təyinatSOCAR və Türkiyənin TEKFEN şirkətinin Azərbaycandakı birgə müəssisəsinin rəhbərliyində bir sıra mühüm dəyişiklik baş tutub.
FED.az biznes və maliyyə xəbərləri portalı "Banker"ə istinadən xəbər verir ki, "AZFEN" MMC-nin Direktorlar Şurasının üzvləri Hakan Sadık Göral və Hakan Dündar müvafiq vəzifələrindən ayrılıblar.
Onları bu vəzifədə Erdem Şair və Serhat Pütürgeli əvəz edib.
Hazırda AZFEN-nin Direktorlar Şurası sədrlə birlikdə 5 nəfərdən ibarətdir. Onun üçü Azərbaycan, ikisi isə Türkiyə tərəfdən təmsil edilir.
"Azfen" MMC 2025-ci ili 215.8 min manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ildə 25.91 mln. manat xalis zərər açıqlamışdı. "Azfen"nin müştərilərlə müqavilələrdən əldə etdiyi gəlirləri 113.1 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 50.2% çoxdur. Müqavilə xərcləri isə 112.79 mln. manata yüksələrək 14.1% artıb. Nəticədə, 2024-cü ildə 23.66 mln. manat olan ümumi zərər 2025-ci ildə 309.7 min manat ümumi mənfəətlə əvəzlənib.
Xatırladaq ki, "Azfen" MMC 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin "Tekfen İnşaat ve Tesisat A.Ş." tərəfindən birgə müəssisə kimi yaradılıb. Səhmdarlıq strukturu üzrə pay bölgüsü müvafiq olaraq 60% və 40% təşkil edir. 2025-ci ildə orta hesabla 1 417 nəfər işçisi olub. 2024-cü ildə bu göstərici 1 211 nəfər idi ki, bu da illik müqayisədə 17.0% artım deməkdir.

Biznes     Tarix: 20 avqust 2026

Oxşar xəbərlər

Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU

"İsa bulag Catering Services" MMC (VÖEN: 8600230101) ləğv edilib. Vergi borcun var, amma işləyirsən - GÜZƏŞT EDİLƏCƏK – AZƏRBAYCANDA YENİLİK. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ləğv olunma şirkəti

Dövlət və özəl sektor əməkdaşlığında sahibkarların rolu müzakirə olunub - FOTOLAR

Azərbaycan Türk İş Adamları Birliyi (ATİB) və FAYDA İş Adamları Platformasının birgə təşkilatçılığı, "Luxconcept" şirkətinin baş sponsorluğu, "Biznes TV" və "Biznes Mərkəzi"nin media dəstəy

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı sentyabrın 14-də Azərbaycan prezident

Eyni ünvanda yerləşən 4 şirkət – LƏĞV EDİLDİ

Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 110 ünvanında yerləşən 4 şirkət ləğv edilib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "Beauty İnn" MMC (VÖEN: 1406099651), "Veutiful" MM

Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub

İlk dəfə olaraq ABŞ sahibkarları "Bloomberg" agentliyinin milyarderlər indeksində ilk on pillənin hamısını tutublar. xəbər verir ki, Fransanın dəbdəbəli məhsullar sektorunda fəaliyyət göstərən milyarderi Bernar

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu

Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. xəbər verir ki, kampaniya çərçivəsində 13 həftə ərzind


iqtisadi xeberler bank faizleri depozit faizleri bitcoin qiymeti birbank