Azərbaycan Türkmənistandan neft alışını 8 dəfə artırıb
Azərbaycan 2022-ci ildən daha aktiv şəkildə 3 MDB ölkəsindən idxal etdiyi xam neftin həcmini cari ildə daha da yüksəldib.
Banker.az xəbər verir ki, Azərbaycan ilin ilk üç rübündə 3 mln. 701 min barrel həcmində xam neft alıb və bu da öncəki ilin eyni dövründən 10 dəfə yuxarı rəqəmdir.
İdxal edilmiş xam neftin dəyəri 290.1 mln. ABŞ dolları olub.
Azərbaycan neftin böyük hissəsini Türkmənistandan idxal edib. Mərkəzi Asiya ölkəsindən ilin ilk rübündə 1 mln 867.97 min barrel həcmində xam neft alıb ki, bu, illik müqayisədə 8 dəfədən yuxarı artımdır. İdxal edilmiş xam neftin cəmi dəyəri $150.65 mln. olub.
Rusiyadan neft idxalı ötən ilin iyulundan başlayıb. Cari ilin ilk rübündə şimal qonşudan 1 mln. 498.8 min barel və ya $116.12 mln. həcmində xam neft idxal edilib.
Ötən il Rusiya-Ukrayna müharibəsi səbəbindən Qazaxıstanın Qərbə çıxışı olan neft marşrutunda əngəllər var. Bu səbəbdən də ötən ilin əvvəlindən Azərbaycan üzərindən tankerlər vasitəsi ilə neftin daşınmasına başlanılıb. Ötən ilin birinci rübündə 141 733 barel həcmində ($12,3 mln.) Qazaxıstandan neft idxal edildiyi halda, cari ilin eyni dövründə bu rəqəm 349 348 barelə ($23.32 mln.) çatıb.

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind