Azərbaycan və Pakistan məhsulların gömrükdən keçidini asanlaşdıracaq

Azərbaycan və Pakistan məhsulların gömrükdən keçidini asanlaşdıracaqAzərbaycanla Pakistan arasında Tranzit Ticarət Sazişinin imzalanması üzərində iş aparılır.
Bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye bildirib.
"Azərbaycanla Pakistan bir-birilərinin qonşuluğunda yerləşmirlər. İki ölkə bir-birinə məhsul göndərmək üçün digər ölkələrin sərhədindən keçməlidirlər. Ona görə də bu cür sazişin imzalanması çox mühümdür. Bu saziş Azərbaycanla Pakistan arasında məhsulların göndərilməsi zamanı gömrükdə işi asanlaşdıracaq. İki ölkənin hökumətləri sənəd üzərində fəal iş aparır. Ümid edirik ki, sazişlə bağlı işlər tezliklə yekunlaşacaq", - deyə o, qeyd edib.
Bundan başqa, səfir əlavə edib ki, Azərbaycanla Pakistan arasında Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində də iş aparılır və bu prosesin 2022-ci ildə yekunlaşması gözlənilir.
"Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin dəyəri çox deyil. Mövcud rəqəmin tezliklə artacağına inanırıq. Çünki biz çox vacib iki sənəd üzərində işləyirik. Ümid edirik ki, bu sazişlər tezliklə imzalanacaq, ikitərəfli ticarətimizdə böyük artım olacaq", - deyə səfir qeyd edib.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin dəyəri 11 milyon 729 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 11,6 % azdır.
Bu ilin yanvar-avqust aylarında isə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 16 milyon 172 min ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 2,3 dəfə çoxdur. / marja.az

Maliyyə     Tarix: 30 sentyabr 2022

Oxşar xəbərlər

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə


iqtisadi xeberler depozit faizleri leobank kart birbank biznes xeberleri