Azərbaycan xarici vətəndaşlara 5 milyon manata yaxın "tax free" məbləği qaytarıb
2025-ci ilin yanvar – iyun ayları ərzində Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən fiziki şəxs olan istehlakçılara qaytarılan həcmi 94 milyon manata yaxın olub.
Bu barədə Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, 2025-ci ilin yanvar - iyun ayları ərzində xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin ("tax free") məbləği 4 milyon 889 min manat təşkil edib. / marja.az
Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd
1 tonu üçün 150 manat gömrük yığımı alınacaq
Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric