"Azərbaycan xurma ixracında əsas bazarlardan birini itirib

Rusiya-Ukrayna münaqişəsi səbəbbindən Azərbaycanın əsas xurma ixracı bazarlarından olan Ukraynaya tədarük demək olar ki, dayandırılıb.
Bu barədə Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AXİİA) rəhbəri Qadir Yusifov deyib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Onun sözlərinə görə, Azərbaycanın xurma ixrac bazarında əsas iki ölkə böyük paya sahibdir: "Həmin ölkələr Rusiya, Ukrayna bazarlarıdır. Hər il Ukraynaya birbaşa 25-30 min ton xurma ixrac edirdi. Digər tərəfdən də məhsul Rusiyanın Rostov şəhərinə ixrac edildikdən sonra, ixracatçılar Rostovdan da məhsulu rahatlıqla Ukrayna bazarına göndərirdilər. Ukraynaya həm Rusiya ərazisindən keçən, həm birbaşa ixrac edilən məhsulun həcmi 40-50 min ton təşkil edirdi. Lakin Rusiya-Ukrayna münaqişəsinə görə Ukrayna bazarını demək olar ki, itirmişik".
Q. Yusifov hesab edir ki, Rusiyada insanların maddi vəziyyəti ağırdır: "Ona görə də Rusiya bazarına ixracla bağlı dəqiq proqnoz vermək çətindir. Hələlik Rusiyaya gündəlik 400-500 ton xurma ixrac edirik. Lakin bu, böyük həcmdə deyil".
Assosiasiyasiya sədri bildirib ki, bu il bütün rayonlarda xurma istehsalında su problemi yaranıb: "Fermerlər damlama suvarma sistemindən istifadə etmirlər, selləmə suvarmadan istifadə edirlər. Bu xurma mövsümündə fermerlər selləmə suvarma üçün su tapmaqda çətinlik çəkdilər. Eyni zamanda, hava həddindən artıq isti keçib. Bunun da xurma istehsalına böyük mənfi təsiri var. Məhsul var, lakin ixraca yararlı məhsul ötən illə müqayisədə 25 % azdır".
Q. Yusifov əlavə edib ki, xurma istehsalında zərərvericilərə qarşı olan dərmanlar dünya bazarında bir neçə dəfə bahalaşdığına görə, bu istehsala təsirini göstərib: "Bu il ölkə ərazisində məhsuldarlıq Ağdaşda yüksək olub. Hazırda xurmanın rayonlarda topdan satış qiyməti 0,50-0,60 manatdır. Bu, ötən ilki satış qiyməti ilə demək olar ki, eynidir".
Xatırladaq ki, Azərbaycan 2021-ci ildə 125 milyon 895 min ABŞ dolları dəyərində 174 min 158 ton xurma ixrac edib. Bu, miqdar baxımından 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 124 ton (0,09 %), dəyər baxımından isə 34 milyon 309 min ABŞ dolları (37,4 %) çoxdur.
Bu ilin 8 ayında isə Azərbaycan 29 milyon 669 min ABŞ dolları dəyərində 39 min 075 ton xurma ixrac edib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Report"  / marja.az

Maliyyə     Tarix: 17 oktyabr 2022

Oxşar xəbərlər

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn


iqtisadi xeberler depozit faizleri leobank kart birbank biznes xeberleri