Azərbaycan xurması Rusiyada bahalaşıb, Avropa bazarına ixrac başlayıb

Azərbaycan xurması Rusiyada bahalaşıb, Avropa bazarına ixrac başlayıb"Dünya bazarlarında xurma qıtlığı ötən il Azərbaycan xurmasını Rusiya bazarında 2021-ci illə müqayisədə 30 % bahalaşdırdı və Avropa bazarına ixracı başladı".
Bunu Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AXİİA) rəhbəri Qadir Yusifov deyib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Onun sözlərinə görə, hazırda Rusiya bazarında Azərbaycan xurması ötən xurma mövsümi ilə müqayisədə baha satılır: "Azərbaycanın xurma ixrac bazarında əsas iki ölkə - Rusiya və Ukrayna, böyük paya sahibdir. Ötən il Ukraynaya həm Rusiya ərazisindən keçən, həm birbaşa ixrac edilən məhsulun həcmi 40-50 min ton təşkil edib. Rusiya-Ukrayna müharibəsi başlayanda biz bu bazarları itirməyimizdən qorxurduq. Proqnozlarımız belə idi ki, bu mövsüm bizim üçün heç də yaxşı olmayacaq. Lakin oktyabr-noyabr aylarında həyata keçirilən satış həcmləri proqnozlarla heç də uzlaşmadı".
Q.Yusifov deyib ki, müharibəni başlatdığına görə qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində Avropadan müəyyən malların axını Rusiyaya dayanıb: "İspaniya ildə 500 min tondan çox xurma satan ölkədir, lakin 2022-ci il xurma mövsümündə quraqlıq səbəbindən məhsul ixracı çox az olub. İspaniyada məhsulun olmaması, eyni zamanda Rusiyada Avropa ölkələrindən meyvə axının azalması Rusiya bazarında xurma qıtlığına səbəb olub, bu isə xurmanın bahalaşmasına gətirib çıxardı".
AXİİA-nın rəhbəri bildirib ki, Azərbaycanın bir neçə ixracatçısı Gürcüstan və Rumıniya üzərindən keçərək Ukraynaya xurma ixrac edə biliblər: "Bunun nəticəsində mövsümün başlanğıcından bu günə qədər çox yüksək qiymətə xurma satılıb və satılmağa da davam edir. Ümumiyyətlə, xurma ixracı fevralın sonunda yekunlaşaçağı planlaşdırılır".
Q.Yusifov deyib ki, Azərbaycan xurması Avropanın bəzi ölkələrin mağazalarında da görünməyə başlayıb: "Avropa bazarlarına yavaş-yavaş daxil oluruq. Bunun əsas səbəbi isə İspaniyada keçən quraqlıqla bağlıdır".
O əlavə edib ki, hazırda ölkə ərazisində soyuducu anbarlarda 100 min tondan çox xurma var.
Assosiasiya sədri dünyada gübrənin bahalaşması xurma istehsalına mənfi təsir göstərdiyini bildirib: "Gübrənin bahalaşması fermerlərin xalis gəlirlərinə, ümumiyyətlə ölkənin aqrar sektoruna zərbə vurur. Bu, fermerlərin xərclərini və maya dəyərini artırır".
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın xurma ixracının dəyəri 125,9 milyon ABŞ dolları olub.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Report / marja.az

Maliyyə     Tarix: 06 yanvar 2023

Oxşar xəbərlər

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb


iqtisadi xeberler dollar manat kursu rubl mezenne online pul qazanmaq pul qazanmaq