Azərbaycana 5 ayda 525 mindən çox smartfon idxal edilib
2024-cü ilin yanvar-may aylarında Azərbaycana 148 milyon 228 min dollar dəyərində 525 min 966 ədəd smartfon idxal edilib.
Dövlət Statistika Komitəsinin məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından 21.3% və ya 92 min 283 ədəd, dəyər baxımından isə 26.3% və ya 30 milyon 822 min dollar çoxdur. Belə ki, 2023-cü ilin ilk 5 ayı ərzində ölkəyə 117 milyon 406 min dollar dəyərində 433 min 683 ədəd smartfon gətirilib.
Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 479 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 460 manat idi.
Bu dövrdə ölkəyə smartfon əsasən Çindən (400 896 ədəd), Vyetnamdan (91 482 ədəd), Hindistandan (31 323 ədəd) və Amerika Birləşmiş Ştatlarından ( 2061 ədəd ) gətirilib. Bu məhsul Çindən 455 manata, Vyetnamdan 577 manata, Hindistandan 396 manata, Amerika Birləşmiş Ştatlarından isə 1990 manata idxal edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 132 min ABŞ dolları dəyərində 804 ədəd smartfon ixrac edilib. Çexiya (232 ədəd) və Honqonqa ixrac edilən bu məhsulun orta qiyməti 279 manat təşkil edib.
© APA / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Fond birjası nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları