Azərbaycana xaricdən kərə yağı idxalı artıb, bitki yağı idxalı cüzi azalıb - 246 MİLYON DOLLAR
2022-ci ilin 8 ayı ərzində (yanvar-avqust) Azərbaycana 74 milyon 167 min dollar dəyərində 12 min 946 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin 8 ayı ilə müqayisədə kərə yağı idxalı miqdar ifadəsilə 3 min 4 ton və ya 30,2%, dəyər ifadəsilə 24 milyon 56 min dollar və ya 48% artıb. 2021-ci ilin ilk 8 ayı ərzində Azərbaycana 50 milyon 112 min dollar dəyərində 9 min 942 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.
Həmçinin, 2022-ci ilin 8 ayı ərzində Azərbaycana 172 milyon 105 min dollar dəyərində 99 min 314 ton bitki mənşəli yağlar idxal edilib. 2021-ci ilin ilk 8 ayı ərzində Azərbaycana 140 min 673 min dollar dəyərində 101 min 988 ton bitki mənşəli yağlar idxal edilmişdi.
Beləliklə, bitki mənşəli yağların idxalı miqdar ifadəsilə 2 min 674 ton və ya 2,6% azalıb, dəyər ifadəsilə 31 milyon 432 min dollar və ya 22,3% artıb. Yağların idxalının dəyər ifadəsilə daha yüksək nisbətdə artmaları onların bahalaşmaları ilə əlaqədardır.
Kərə və bitki yağları idxalına görə 8 ayda Azərbaycandan 246 milyon 272 min dollar çıxarılıb.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Startup nədir və necə olur?
IBAN nədir?
Onlayn biznes ideyaları
Mcdonalds françayzinqi neçiyədir?
Kriptovalyuta nədir?