"Azərbaycanda 400-dən çox məktəb qəzalı vəziyyətdədir"
Şagird sayı az olan məktəblərin bəziləri tədrisə yararlı olmadığı halda məktəbləri birləşdirmirik, sadəcə başqa məktəbə daşıyırıq.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, hər il qəzalı məktəblərin sayı azalır: "4 il bundan əvvəl 900-dən artıq qəzalı məktəb var idisə, bu il həmin məktəblərin çoxu təmir edilib və sözügedən rəqəm yarıya enib. Bununla belə yenə də 400-dən artıq məktəb qəzalıdır və düşünürəm ki, gələcək illərdə bu sürətlə getsək, problemi aradan qaldıra bilərik.
İkinci məqam ondan ibarətdir ki, 3-5 şagirdi olan məktəblərin iqtisadi yöndən saxlanılması doğru deyil. Bu halda da həmin məktəblər mütəmadi olaraq, digər məktəblərlə birləşir. Biz burada müəllimlərin iş yerlərini, sosial faktorları nəzərə alırıq".
© Report

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Bitcoin necə işləyir?
CV-nin tərtib edilməsi prinsipləri
SMM nə deməkdir?
Shopify-da necə satışa başlamaq olar?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?