Azərbaycanda "Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası" İctimai Birliyi - TƏSİS EDİLİB

Azərbaycanda Azərbaycanda "Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası" İctimai Birliyi təsis edilib.
FED.az xəbər verir ki, assosiasiyanın məqsədi Azərbaycanda yarmarka-sərgi, tədbir sənayelərinin inkişafı və gücləndirilməsinin təşviqi çərçivəsində bu sənaye növlərinin iştirakçılarının konsolidasiyası, sektor daxilində layihə və təşəbbüslərin işlənib hazırlanması, konqres və sərgi sənayesinin beynəlxalq aləmdə təşviqidir.
Biznes assosiasiyaları ölkə iqtisadiyyatının sektoral və regional hədəflərinə nail olunmasında dövlət-biznes dialoqu platforması olmaqla yanaşı, üzv şirkətlərin fəaliyyət göstərdikləri sektor və ya bölgələrin dayanıqlı inkişafı istiqamətində mühüm vasitələrdən biridir. Beynəlxalq sərgilərin təşkilində çoxillik təcrübəyə malik şirkətlər tərəfindən belə bir assosiasiyanın təsis edilməsi, şübhəsiz, həm sərgi təşkilatçılığı sahəsinə, həm də ümumilikdə ölkə iqtisadiyyatına öz töhfəsini verəcəkdir.
Assosiasiyanın təsisçiləri beynəlxalq sərgilərin təşkili sahəsində ixtisaslaşmış "Caspian Event Organisers", "Iteca Caspian" və "AzExpoMontage" şirkətləri, direktoru və qanuni təmsilçisi isə "Caspian Event Organisers" şirkətinin Baş direktoru Fərid Məmmədovdur.
Müstəqil Azərbaycanın sərgi sənayesinin əsası ilk dəfə 1994-cü ildə keçirilmiş "Xəzər Neft və Qaz" Sərgisi ilə qoyulmuşdur. Bu müddət ərzində Azərbaycanda sərgi sənayesi işgüzar turizm, mehmanxana, restoran biznesi və s. inkişafına daimi illik töhfəsi ilə ölkə iqtisadiyyatının bir hissəsinə çevrilmişdir.

Biznes     Tarix: 19 aprel 2023

Oxşar xəbərlər

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu

Hindistanlı milyarder Mukeş Ambaninin (Mukesh Ambani) nəzarətində olan "Jio Platforms" şirkətinin səhmləri fond birjasında uğurlu debüt edərək onu Hindistanın bazar kapitallaşmasına görə ikinci ən dəyərli şirkətin

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

Azərbaycan Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına – ÜZV OLDU - FOTOLAR

Azərbaycan "Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi (TŞİİB) vasitəsilə Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına (FAPRA) üzv qəbul edilib. . biznes və maliyyə xəbərləri portalı xəbə

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri


iqtisadi xeberler valyuta xeberleri leobank kart dollarin kursu bu gun dollar manat kursu