Azərbaycanda BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı

Azərbaycanda BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldıAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası"nı təsdiq edib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Azərbaycanda BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldıQərara əsasən, BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb. Belə ki, kapital tələbi kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün 300 min manatdan 1 milyon manata, qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün isə 30 min manatdan 100 min manata çatdırılıb.
İndiyə qədər qüvvədə olan kapital tələbi ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının 7 iyul 2017-ci ildə təsdiqlədiyi "Bank olmayan kredit təşkilatlarının prudensial tənzimlənməsi Qaydaları"nda öz əksini tapmışdı. Yeni qərarla həmin Qaydalar qüvvədən düşüb.
AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydasından çıxarış:
4. Nizamnamə (şərikli) kapitalının (əmlak haqları) minimum miqdarı
4.1. Hər bir BOKT təşkilati-hüquqi formasına uyğun olaraq nizamnamə (şərikli) kapitalına (əmlak haqlarına) malik olmalı və fəaliyyəti dövründə onun bu Qaydanın 4.3-cü bəndində müəyyən edilmiş minimum məbləğdən aşağı səviyyədə olmasına yol verməməlidir.
4.2. BOKT-nin minimum nizamnamə (şərikli) kapitalı, habelə qeyri-kommersiya hüquqi şəxs kimi yaradılan BOKT-nin təsisçilərinin əmlak haqları Qanunun 7.1-ci maddəsinə uyğun olaraq pul şəklində ödənilməli və yalnız manatla formalaşdırılmalıdır.
4.3. BOKT-lərin nizamnamə (şərikli) kapitalının (əmlak haqlarının) minimum miqdarı aşağıdakı həcmdə müəyyən edilir:
4.3.1. kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT üçün - 1 (bir) milyon manat;
4.3.2. qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT üçün - 100 (bir yüz) min manat.
5. Kapitalın minimum miqdarı və onun hesablanması
5.1. BOKT-nin kapitalının əsas məqsədi kommersiya strategiyasının dəstəklənməsi, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı BOKT-nin maliyyə dayanıqlığının təmin edilməsidir. Kapital BOKT-nin ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən mümkün zərərlərin azaldılmasına, potensial investorların BOKT-lərin fəaliyyətinə etimadının artırılmasına xidmət edir.
5.2. BOKT-nin kapitalının minimum miqdarı aşağıdakı həcmdə müəyyən edilir:
5.2.1. kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT üçün - 1 (bir) milyon manat;
5.2.2. qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT üçün - 100 (bir yüz) min manat.
5.3. Kapitalın strukturu Qanunun 1.0.7-ci maddəsinə uyğun olaraq müəyyən edilir. Kapitala yalnız pul vəsaiti ilə ödənilən maliyyə alətləri daxil edilir.
5.4. Aşağıdakılar kapitalın hesablanması zamanı kapitaldan çıxılır:
5.4.1. qeyri-maddi aktivlərin xalis dəyəri (amortizasiya nəzərə alınmaqla);
5.4.2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ilə müəyyən olunmuş təxirə salınmış vergi aktivlərinin məbləği;
5.4.3. BOKT-nin törəmə cəmiyyətləri, habelə digər hüquqi şəxslərin kapitalına vəsait qoyuluşları.
5.5. Kapitalın hesablanması zamanı qənaətbəxş aktivlər üzrə yaradılan ehtiyatlar kapitaldan çıxılmır.
6. Bir borcalana və birgə borcalanlar qrupuna verilən kreditin maksimum miqdarı
Bir borcalan və birgə borcalanlar qrupu üzrə kredit tələbinin maksimum miqdarı BOKT-nin kapitalının 30 (otuz) faizindən çox olmamalıdır. / marja.az

Banklar     Tarix: 26 noyabr 2024

Oxşar xəbərlər

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk


iqtisadi xeberler valyuta xeberleri biznes xeberleri avtomobil xeberleri biznes ideyalari