Azərbaycanda bu məhsullar BAHALAŞDI - VİDEO
Avqust ayında ən vacib ərzaq məhsullarının qiyməti ötən aylara nisbətən bir neçə faiz bahalaşıb.Bu ilin yanvar-avqust aylarında inflyasiyanın səviyyəsi isə 13,2 faiz təşkil edib.
Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumatı açıqlayıb.
azxeber.com xəbər verir ki, Komitənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Tünzalə Qarayeva Xəzər TV-yə bildirib ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları 18,9 faiz,qeyri-ərzaq məhsulları 7,2 faiz bahalaşıb.
Ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörək, un, peçenye, düyük, makaron məmulatları, mal, qoyun və toyuq ətik, kolbasa məmulatları, qatılaşdırılmış şəkərli süd, kəsmik, pendir və digər məhsullar da olub.
T.Qarayeva qeyd edib ki, avqust ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mənzillərin icarə haqlarında, paltarların, ayaqqabıların, mənzillərin, məişət cihazlarının təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana, kosmetoloji və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.
Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişiklik baş verməyib.
Daha ətraflı süjetdə:

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Dünyanın ən çox maaş verən şirkətləri
SMM nədir?
Fond birjası nədir?
"iPhone 15" modelinin üstünlükləri
Biznes təlimlər və tədris üsulları