Azərbaycanda hər beşinci ana övladının İT sahəsində çalışmasını istəyir
Tədris ilinin başlanmasına sayılı günlər qalmış "Kaspersky" şirkəti məşhur "SupermaM" Facebook qrupu ilə birlikdə Azərbaycanda valideynlərin övladlarının gələcəkdə kim olmasını arzuladıqlarını öyrənmək qərarına gəlib. Bu məqsədlə 3000-dən çox ananın iştirak etdiyi sorğu keçirilib. Məlum olub ki, valideynlərin əksəriyyəti övladları üçün informasiya texnologiyaları seqmentinə üstünlük verəcək: bunu respondentlərin 22%-i qeyd edib.
Səhiyyə sektoru da perspektiv vəd edən sahələr arasındadır - hər yeddinci respondentin (14%) seçimi səhiyyə olub. Digər populyar cavablara maliyyə və hüquq xidmətləri (hər biri 4% olmaqla) daxildir. Respondentlərin kiçik hissəsi əyləncə sənayesi, ticarət, sosial biznes, idman və sənaye dizaynına üstünlük verir. Maraqlıdır ki, böyüklərin beşdə biri (20%) gələcək peşə seçimini övladının öhdəsinə buraxır.
"İnformasiya texnologiyası ən sürətlə inkişaf edən sahələrdən biridir və karyera yüksəlişi üçün geniş imkanlar təklif edir. Sorğumuz göstərdi ki, bir çox valideynlər övladlarının bu sahədə uğur qazanmasını istəyirlər. İndi istənilən yaşdan olan tələbələrə proqramlaşdırmanın əsasları, proqram hazırlanması və digər İT bacarıqlarını öyrənməyə imkan verən bir çox proqram və kurslar mövcuddur. Bununla belə, yadda saxlamaq lazımdır ki, rəqəmsal dünyada humanitar peşələrə həmişə yer olacaq, çünki bir çox yaradıcı və sosial sahələrdə hətta ən qabaqcıl maşın belə insanı əvəz edə bilməz. Ona görə də gələcək karyera seçimi yalnız konkret sənayenin populyarlığına deyil, daha çox uşağın maraq və qabiliyyətlərinə əsaslanmalıdır", - deyə "Kaspersky"nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.
"SupermaM" qrupumuzda hər bir ana övladının nə qədər unikal və istedadlı olduğunu bilir. Biz onların nailiyyətləri ilə fəxr edir və hər bir uşağın sonsuz potensialına inanırıq. Bununla belə, arzularımıza və ümidlərimizə baxmayaraq, biz həm də gələcək peşəni seçməyin hər bir uşaq üçün şəxsi və vacib qərar olduğunu anlayırıq. Bizim əsas rolumuz onların yanında olmaq, onlara bütün lazımi məlumatları vermək, düzgün yönləndirmək və ən əsası qeyd-şərtsiz dəstək olmaqdır. Qoy uşaqlarımız öz gələcəklərini öz ehtirasları və maraqları əsasında qursunlar, biz isə onların arxasında dağ kimi dayanaq", - deyə SupermaM qrupunun admini Sofi Tsırqvava öz fikirləri ilə bölüşür. / marja.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Start-up nədir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Mcdonalds françayzinqi neçiyədir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
"iPhone 15" modelinin üstünlükləri