Azərbaycanda həyatın yığım sığortasının DSMF-yə daxilolmalara təsiri açıqlanıb

Azərbaycanda həyatın yığım sığortasının DSMF-yə daxilolmalara təsiri açıqlanıbHəyatın yığım sığortasına yönəldilən əmək haqqı və əmək haqqına aid edilməyən gəlirlərin, habelə müvafiq sığortaya cəlb olunan sığortaolunanların artım tempinə malik olması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) maliyyə və sosial sığorta resurslarının sərhədlərini məhdudlaşdıran amillər formalaşdırır.
Bu barədə Hesablama Palatasının Fondun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Azərbaycanda həyatın yığım sığortasının DSMF-yə daxilolmalara təsiri açıqlanıbSənədə əsasən, ötən il məcburi dövlət sosial sığortaya cəlb olunmayan gəlirlər 1 milyard 162,8 milyon manat təşkil edib ki, bu da il ərzində hesablanmış əmək haqqı və əmək haqqına aid edilməyən gəlirlərin 5,4 %-i qədər olub. Həmin vəsaitin 31,4 %-i həyatın yığım sığortasına yönəldilib.
Bu ilin I yarısında isə hesablanmış əmək haqqı və əmək haqqına aid edilməyən gəlirlərin 573,3 milyon manatı və yaxud 5,1 %-i məcburi dövlət sosial sığortaya cəlb olunmayan gəlirlərdən ibarətdir ki, bunun da 43,3 %-i həyatın yığım sığortasına yönəldilib. Həmin vəsait ötən ilin müvafiq istiqamət üzrə illik göstəricisinin 68 %-i qədər olmaqla yanaşı, ötən ilin I yarımillik üzrə göstəricisindən də 20,6 % çoxdur. Eyni zamanda, həyatın yığım sığortası ilə əhatə olunmuş sığortaolunanların say göstəricisində də artım müşahidə olunmaqdadır. Belə ki, yanvar-iyun ayları üzrə həyatın yığım sığortasına cəlb olunmuş sığortaolunların sayı ötən ilin illik göstəricisinin 58 %-i səviyyəsində, I yarısının göstəricisindən isə 12,2 % yüksəkdir.
Həyatın yığım sığortasına cəlb olunmuş vəsaitin 2023-cü il üzrə 360,9 milyon manatı, 2024-cü ilin ilk 6 ayı ərzində isə 245,5 milyon manatı qeyri-büdcə sektorunun payına düşür. Bu isə, öz növbəsində, hər iki dövr üzrə ümumi vəsaitin 98,9 %-ni təşkil edir.
"Müvafiq sığorta növünün qısa zaman çərçivəsini əhatə etməsi, eyni zamanda sığortaolunanın qanunvericiliyin tələbinə uyğun əmək pensiyası hüquqlarını da məhdudlaşdırmaması sığortaolunanların həyatın yığım sığortasından yararlanmaq stimulunu yüksəldir. Sosial sığorta brendi olaraq həyatın yığım sığortasının yüksələn tempə malik olması gələcəkdə özəl maliyyə sektorunu alternativ sığorta növlərinin hazırlanıb tətbiq olunmasına stimullaşdıracaq. Bu isə, son nəticədə, fondun maliyyə göstəricilərinə təsir göstərən amildir", - deyə Rəydə qeyd olunub. / marja.az

Banklar     Tarix: 21 noyabr 2024

Oxşar xəbərlər

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk


iqtisadi xeberler valyuta xeberleri biznes xeberleri avtomobil xeberleri biznes ideyalari