Azərbaycanda ilk dəfə bir bankın ləğv prosesi yekunlaşdı
Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycanda ilk dəfə olaraq ləğv prosesində olan bankın ləğvetməsi yekunlaşdırılmışdır.
Fondun yaydığı məlumatda bildirilir ki, 1992-ci ilin dekabr ayından etibarən bank fəaliyyətini həyata keçirmiş "Borçalı" KB-nin fəaliyyəti 31.01.2005-ci il tarixdə dayandırılmış və məcburi ləğv prosesi başlanılmışdı.
Həmin vaxtdan 2017-ci ilədək ləğvetmə ilə "RR and VAM" Beynəlxalq auditor firması, daha sonra isə "RR&VAM Beynəlxalq Audit Konsaltinq" MMC məşğul olmuşdur.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.08.2017-ci il tarixli, 2-1(103)-1376/2017 nömrəli qərardadı ilə məcburi ləğv edilmiş "Borçalı" KB-yə təyin edilmiş "RR&VAM Beynəlxalq Audit Konsaltinq" MMC-nin ləğvedici qismində fəaliyyətinə xitam verilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir.
Fond Banka ləğvedici təyin edildikdən sonrakı dövr ərzində Bankın öhdəliklərinin qısa müddət ərzində icrasının təmin edilməsi istiqamətində qanunla müəyyən edilmiş tədbirlər həyata keçirmiş və nəticədə bütün öhdəliklərin icrası tam təmin edilmişdir. Fond tərəfindən LPO "Borçalı" KB-nin ləğv prosesinin yekunlaşdırılması və Bankın ləğvedicisi qismində Fondun fəaliyyətinə xitam verilməsinə dair ərizə ilə müvafiq Məhkəməyə müraciət edilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.12.2023-cü il tarixli, 2-3(102)-12/2023 nömrəli qərarı ilə Fondun ərizəsi təmin edilərək, LPO "Borçalı" KB-nin ləğvedicisi qismində Fondun fəaliyyətinə xitam verilmiş və Bankın ləğv prosesi yekunlaşdırılmışdır.
Onu da qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində hal-hazırda 22 bank vardır. Fond bu bankların da ləğvetməsini kreditorların maraqlarına uyğun şəkildə mümkün ən qısa zaman ərzində yekunlaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirməkdədir. / marja.az

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb
ABB partnyorları ilə görüş ®
Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb
Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb
Türk İnkişaf Bankı yaradıla bilər
Onlayn biznes ideyaları
McDonalds haqqında maraqlı faktlar
Startup nədir və necə olur?
Layihə menecmenti nədir?
Dünyanın əh bahalı brendləri - TOP-10