Azərbaycanda kiçik biznesin yalnız 25%-nin krediti var - RƏQƏMLƏR
Azərbaycanda 2030-cu ilə maliyyə institutundan ən azı bir cari krediti və ya kredit xətti olan mikro, kiçik və orta biznes subyektlərinin – MKOB-ların bütün MKOB-ların sayına nisbətinin 36 faizə çatdırılması nəzərdə tutulur.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, 2025-ci ildə bu göstərici 25% olub.
Bununla yanaşı, bank olmayan kredit təşkilatlarının (BOKT) aktivlərinin həcminin "Aqrarkredit" QSC və kredit ittifaqları istisna olmaqla 1,5 milyard manata çatdırılması planlaşdırılır. 2025-ci ildə bu göstərici 1 milyard manat təşkil edib.

İlon Maskın mobil rabitə bazarını dəyişdirmək planı
ABB-nin dəstəyi ilə ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirildi
Layihə menecmenti nədir?
1000 manatla hansı biznesi qurmaq olar?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?