Azərbaycanda KOB-lara reklam məsələsində imtiyaz və güzəştlərin verilməsi təklif olunur

Azərbaycanda KOB-lara reklam məsələsində imtiyaz və güzəştlərin verilməsi təklif olunurAzərbaycanda reklam bazarında KOB-lara münasibətdə imtiyaz və güzəştlərin tətbiqinin nəzərdən keçirilməsi yaxşı olardı.
Azərbaycanda reklama ən çox və ən az pul xərcləyən - BANKLAR - SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda "Reklam bazarında yeniliklər və çağırışlar" mövzusunda keçirilən ictimai müzakirələrdə bildirib.
"Bundan əvvəl reklam normaları sahəsində məlumatsızlıq bir çox hallarda cərimələrin tətbiq edilməsi ilə nəticələnirdi ki, bu da sahibkarların daha çox narazılıqlarına səbəb olurdu. Biz KOBİA olaraq bunu öncəki tədbirlərimizdə də səsləndirmişdik. Lakin son dövrlər apardığımız müşahidələrə əsasən KOBİA-nın Dövlət Reklam Agentliyi ilə birgə, o cümlədən aidiyyəti qurumların iştirakı ilə tədbirlərin mütəmadi davam etdirməsi, sahibkarların reklam ödənişləri, qayda və prosedurlar barədə maarifləndirilməsi onların bu sahədə məlumatlılıq səviyyəsini xeyli artırıb və əvvəllər mütəmadi müşahidə edilən xoşəgəlməz hallar azalıb. Bu əslində olduqca müsbət bir haldır. Ona görə də qurumlararası sıx əməkdaşlıq və maarifləndirmə tədbirlərinin bundan sonra da davam etdirilməsi çox vacibdir", - deyə o qeyd edib.
Bununla belə, O.Məmmədov əlavə edib ki, əldə edilmiş müsbət nəticələrə rəğmən sahibkarları narahat edən bir sıra məsələlər hələ də qalmaqdadır: "Belə ki, bəzi hallarda sahibkarlar reklam üçün ödənişsiz ayrılmış sahənin az olmasından şikayətlənir və həcminin artırılmasını xahiş edirlər. Bundan əlavə bu məqsəd üçün ayrılacaq sahələrin sahibkarların fəaliyyət istiqamətinə uyğun tətbiq edilməsini təklif edirlər. Ümumiyyətlə müvafiq sahədə KOB-lara mübasibətdə də imtiyaz və güzəştlərin tətbiqinin nəzərdən keçirilməsi daha yaxşı olardı. KOB-lara münasibətdə yeni güzəşt mexanizmlərinin müəyyən edilməsi bu sahədə fəaliyyət göstərən və ya biznesinə yeni başlayanlara stimul verə bilər. Xüsusən də yeni yaradılan mikro bizneslərin fəaliyyətinin dayanıqlılığı üçün fərqli yanaşmaların tətbiqi onların gələcək fəaliyyətinə də təsir edə bilər".
"Əlbəttə KOBİA-ya edilən müraciətlər sırasında, habelə keçirilən görüşlərdə sahibkarları narahat edən digər məsələlər də var, elə bu görüşü keçirməkdə məqsəd bu problemləri sizlərdən yerində dinləməkdir. Belə tədbirlərdə qaldırılacaq məsələlər və səsləndirilən təkliflər əlbəttə ki sektorun gələcək inkişafına zəmin yaratmış olur". "Ümid edirəm ki, bugünkü tədbir çərçivəsində aparılacaq müzakirələr, səsləndiriləcək fikir və təkliflər sektorun inkişafı üçün əlavə töhfə olacaq. Bu baxımdan bütün iştirakçıları müzakirələrdə fəal olmağa çağırıram", - O. Məmmədov vurğulayıb. (Report)Azərbaycanda KOB-lara reklam məsələsində imtiyaz və güzəştlərin verilməsi təklif olunur

Biznes     Tarix: 22 iyul 2024

Oxşar xəbərlər

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını


iqtisadi xeberler biznes xeberleri bitcoin valyuta xeberleri bitkoin almaq