Azərbaycanda KOB-ların vergi yükü azaldıla bilər
"Kiçik dövriyyəyə malik, mikro sahibkarlıqla məşğul olan fərdi sahibkarların ödədiyi sosial sığorta haqlarının məbləğinin optimallaşdırılması məsələsi aktualdır".
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov deyib.
Onun sözlərinə görə, Azərbaycan və Dünya Bankı mütəxəssislərindən ibarət işçi qrup biznes üçün vergi yükünün və vergi qaydalarına əməl etmək üçün sərf edilən vaxt göstəricilərinin azaldılması komponentlərini müzakirə edəcək: "Bu məsələlər Yol Xəritəsində öz əksini tapıb. Çünki özəl sektorun, xüsusilə də mikro və kiçik sahibkarlığın inkişafının yeni və daha səmərəli stimullar və inkişaf mühiti hesabına sürətləndirilməsi əsas diqqət mərkəzimizdədir. Bu məsələ ətraflı öyrənilməklə və həmin şəxslərin gələcək sosial təminatları nəzərə alınmaqla təkliflərin hazırlanması və təqdim edilməsi nəzərdə tutulur.
Həmçinin, artıq ödəmələrin çevik qaytarılması nəzərdə tutulan vergi ödəyiciləri meyarlarının müəyyən edilməsi, həmin vəsaitlərin büdcədən qaytarılması ilə bağlı yaradılmış "Vahid elektron lövhə" sisteminə sosial sığorta haqları üzrə artıq ödəmələrin də əlavə edilməsi müzakirə predmeti olacaq".
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Report" / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Dünyanın əh bahalı brendləri - TOP-10
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Whatsapp biznesin üstünlükləri nələrdir?
SMM nədir?
"Freelance" nədir?