Azərbaycanda maaş kartlarının sayı son bir ayda 164 min ədəd azalıb
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 78 min ədəd artaraq 17 milyon 421 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22.3% artmışdır.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ödəniş kartlarında artım debet kartları üzrə 22.8%, kredit kartları üzrə 18.9% təşkil etmişdir. Aylıq müqayisədə əməkhaqqı kartlarının sayı 164 min ədəd azalıb.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.6 dəfə artmışdır. 2024-ci ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili
nağdsız ödənişlərin həcmi 5697 mln. manat təşkil etmişdir.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Ev şəraitində pul qazanmağın yolları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Dropshipping nədir?