Azərbaycanda milli valyutada əmanətlər 2026–2031-ci illərdə 84 faiz artacaq – BVF

Azərbaycanda milli valyutada əmanətlər 2026–2031-ci illərdə 84 faiz artacaq – BVFAzərbaycan bank sektorunda depozitlərin həcmi 2031-ci ilə qədər milli valyutada əmanətlərin artması və xarici valyutada depozitlərin tədricən yüksəlməsi hesabına davamlı artım nümayiş etdirəcək.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) son icmalında qeyd olunub.
BVF-nin proqnozlarına görə, milli valyutada depozitlər 2026-cı ildəki 24,7 milyard manatdan 2031-ci ildə 41,2 milyard manata yüksələcək. Göstəricinin 2027-ci ildə 27,4 milyard manat, 2028-ci ildə 30,3 milyard manat, 2029-cu ildə 33,6 milyard manat, 2030-cu ildə isə 37,2 milyard manat təşkil edəcəyi gözlənilir.
Artım əvvəlki illərdə formalaşmış müsbət dinamika fonunda davam edir. Belə ki, manatla depozitlər 2023-cü ildə 19,5 milyard manat olub, 2024-cü ildə 20,8 milyard manata yüksəlib və 2025-ci ildə 22,4 milyard manat səviyyəsində qiymətləndirilir.
Ümumilikdə, milli valyutada əmanətlərin həcminin 2026–2031-ci illərdə təxminən 84 faiz artacağı və 2023-cü ilin səviyyəsini iki dəfədən çox üstələyəcəyi proqnozlaşdırılır.
Xarici valyutada depozitlərin də artacağı gözlənilir, lakin bu artım daha mülayim templərlə davam edəcək. BVF-nin proqnozlarına əsasən, həmin depozitlər 2026-cı ildəki 9,9 milyard manatdan 2031-ci ildə 10,8 milyard manata yüksələcək. Aralıq göstəricilər 2027-ci ildə 10,4 milyard manat, 2028-ci ildə 10,6 milyard manat, 2029–2030-cu illərdə isə təxminən 10,8 milyard manat olacaq.
Əvvəlki illərdə xarici valyutada depozitlərin həcmi 2023-cü ildə 9,7 milyard manat, 2024-cü ildə 9,8 milyard manat təşkil edib və 2025-ci ildə 9,5 milyard manata qədər azaldığı qiymətləndirilib. Bundan sonra isə 2026-cı ildən yenidən artımın başlayacağı gözlənilir.
BVF həmçinin Azərbaycanda geniş pul kütləsinin də artacağını proqnozlaşdırır. Belə ki, bu göstərici 2026-cı ildəki 53,4 milyard manatdan 2031-ci ildə 75,7 milyard manata qədər yüksələcək. Göstəricinin 2027-ci ildə 57,5 milyard manat, 2028-ci ildə 61,7 milyard manat, 2029-cu ildə 66 milyard manat, 2030-cu ildə isə 70,7 milyard manat olacağı gözlənilir.
Müqayisə üçün qeyd edək ki, geniş pul kütləsi 2023-cü ildə 45,1 milyard manat, 2024-cü ildə isə 46,5 milyard manat təşkil edib. 2025-ci ildə bu göstəricinin 49,9 milyard manat səviyyəsində olacağı qiymətləndirilir.
Bundan əlavə, milli valyutada pul kütləsinin də artacağı gözlənilir. BVF-nin proqnozlarına əsasən, bu göstərici 2026-cı ildəki 43,5 milyard manatdan 2031-ci ildə təxminən 64,9 milyard manata çatacaq. / banker.az

Banklar     Tarix: 28 may 2026

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin


iqtisadi xeberler rubl mezenne bitcoin dollar mezenne biznes qurmaq