Azərbaycanda neft hasilatı 5,3 faiz azalıb, qaz hasilatı isə 1,1 faiz artıb
Dövlət Statistika Komitəsi 2025-ci ilin yanvar-iyun aylarında sənaye istehsalı haqqında məlumatları açıqlayıb.
Seyd edilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında 31,2 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 3,1 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 6,3 faiz artmışdır.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Sənaye məhsulunun 61,8 faizi mədənçıxarma sektorunda, 31,6 faizi emal sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,3 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artmışdır.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 95,2 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 89,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 29,7 faiz, qida məhsullarının istehsalı 12,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 11,7 faiz, tütün məmulatlarının istehsalı 6,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 4,4 faiz, maşın və avadanlıqların istehsalı 3,5 faiz, içkilərin istehsalı 2,4 faiz artmış, elektrik avadanlıqlarının istehsalı 0,7 faiz, neft məhsullarının istehsalı 1,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 1,3 faiz, mebel istehsalı 3,1 faiz, hazır metal məmulatlarının istehsalı 3,6 faiz, tikinti materiallarının istehsalı 5,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 9,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 12,4 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 15,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 17,8 faiz, kağız və karton istehsalı 23,2 faiz, poliqrafiya məhsullarının istehsalı 27,1 faiz, geyim istehsalı isə 41,7 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,8 faiz artmışdır. / marja.az

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Dünyanın ən varlı 10 müğənnisi
Whatsapp biznesin üstünlükləri nələrdir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
"Coca-Cola" haqqında 5 maraqlı fakt