Azərbaycanda Norveç kapitallı BOKT-un maliyyə durumu açıqlandı
Azərbaycanda fəaliyyətdə olan Norveç kapitallı bank olmayan kredit təşkilatı "Viator Mikrokredit Azərbaycan" MMC 2023-cü ilin yanvar-iyun aylarını 87 min manat xalis mənfəətlə başa vurub.
Banker.az bu barədə BOKT-un yarımillik hesabatına istinad edir.
Bu ilin 6 ayında BOKT-un faiz gəlirləri 1 milyon 44 min manat, qeyri-faiz gəlirləri 5 min manat, faiz xərcləri 128 min manat, qeyri-faiz xərcləri 813 min manat təşkil edib.
Hesabat dövründə "Viator Mikrokredit Azərbaycan"ın aktivləri 9 milyon 997 min manat, cəmi öhdəlikləri 2 milyon 913 min manat, cəmi kapitalı isə 7 milyon 84 min manat olub.
Xatırladaq ki, "Viator Mikrokredit Azərbaycan" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 694 min manatdır. BOKT-un təsisçisi Norveçin "Viator AS" missioner təşkilatıdır.

PAŞA Bank "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərinin rəsmi bank tərəfdaşı olub
"BTB Bank"dan ABB-yə ötürülən aktivlərin həcmi 295 milyon manata çatıb
"Azərbaycan Beynəlxalq Bankı"Orta Asiya və Afrikada maliyyə təşkilatlarına yatırım edə bilər
Expressbankda Beynəlxalq Talassemiya Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib
Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı kəskin artıb
"İdeal Kredit" BOKT-da rekord artım: Aktivlər, kreditlər və kapital yüksəlib
YAP-ın Sabunçu təşkilatı və "Balakhani Operating Company LTD"nin birgə təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib
SMM nə deməkdir?
Kriptovalyuta nədir?
5 liderlik göstəricisi
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Ev şəraitində pul qazanmağın yolları