Azərbaycanda orta maaş açıqlandı
Dövlət Statistika Komitəsi iqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə məlumatları açıqlayıb.
2025-ci il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 771,7 min nəfər olmuş, onlardan 876,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Muzdla işləyənlərin 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,5 faizi təhsil, 13,7 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2025-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq 1100,6 manat təşkil etmişdir.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur. / marja.az

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən varlı 10 müğənnisi
Biznesə aid ən yaxşı 10 kitab
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Biznes planı necə yazmaq lazımdır?