Azərbaycanda orta maaş açıqlandı
Dövlət Statistika Komitəsi iqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2025-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 770,8 min nəfər olmuş, onlardan 864,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 906,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi təhsil, 13,8 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2025-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097,3 manat təşkil etmişdir.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur. / marja.az

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar
Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi
ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi
Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo
Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq
ABB Pay-lə yeni rəqəmsal ödəniş dövrü başlandı
İnflyasiya düşdü, amma Mərkəzi Bankın əsas işi qabaqdadır
Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub
Digital Card nədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Start-up nədir?
Dünyada ən çox oxunan 5 kitab