Azərbaycanda problemli kreditlər son 17 ilin minimum səviyyəsinə düşüb

Azərbaycanda problemli kreditlər son 17 ilin minimum səviyyəsinə düşübAzərbaycanda 2025-ci ilin fevralında banklar, BOKT-lər və kredit ittifaqları daxil olmaqla cəmi kredit portfelində vaxtı  keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.3 faiz bəndi azalıb.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankının (AMB) statistik bülleteninə istinadən xəbər verir.
Belə ki, vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə payı 1.6% təşkil edib.
"Moody"s" beynəlxalq reytinq agentliyi bəyan edib ki, Azərbaycan manatının məzənnəsinin sabit olması və ölkədə kreditləşməyə qoyulmuş sərt tələblər riskləri azaldır.  Qurum 2025-2026-cı illərdə Azərbaycanda bankların aktivlərinin keyfiyyətinin yüksək səviyyədə qalacağını proqnozlaşdırır. Yaxın 12-18 ay ərzində əhalinin gəlirlərinin artması və bank fəaliyyətinin mühüm hissəsini təşkil edən qeyri-neft sektorunun genişlənməsi hesabına Azərbaycan banklarının aktivlərinin keyfiyyəti yüksək səviyyədə qalacaq. Nəticədə biznes və ev təsərrüfatlarının kreditə olan tələbi artmaqda davam edəcək.
AMB tərəfindən açıqlanan statistik bülletendə bildirilir ki, kredit təşkilatlarının ümumi kreditlərinin həcmi 29 milyard 402.9 milyon manat ekvivalentində olub. Bunun da 480.1 milyon manat ekvivalenti vaxtı keçmiş kreditlər təşkil edir.
Bankların 25 milyard 55 milyon manatlıq müştərilərə milli valyutada müştərilərə verdiyi kreditlərin 377.4 mln. manatı vaxtı keçmiş, 4 milyard 347.9 milyon manat ekvi. olan xarici valyutada verilən kreditlərin isə 102.8 milyon manat ekv. vatı keçmiş kreditlər olub.

Banklar     Tarix: 02 aprel 2025

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler online pul qazanmaq bitkoin qiymeti internetden pul qazanmaq investisiya