Azərbaycanda sahibkarların 99,6 %-ni KOB-lar təşkil edir

Azərbaycanda sahibkarların 99,6 %-ni KOB-lar təşkil edirAzərbaycanda fəaliyyətdə olan sahibkarların 99,6 %-ni KOB subyektləri təşkil edir.
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta biznesin İnkişafı Agentliyindən məlumat verilib.
Bildirilib ki, onların 96,8 %-i mikro, 2 %-i kiçik və 0,8 %-i orta sahibkarlıq subyektləridir.
Belə ki, BMT Baş Assambleyasının qətnaməsinə əsasən 27 iyun dünyada Mikro, Kiçik və Orta Müəssisələr Günü kimi qeyd edilir. 2017-ci ildən etibarən qeyd olunan bu günün məqsədi mikro, kiçik və orta biznesin (KOB) davamlı inkişafa və iqtisadiyyata verdiyi töhfəni bir daha xatırlatmaq və ictimaiyyəti məlumatlandırmaqdır.
KOB-lar iqtisadi artımın və sosial inkişafın mühərrikləri hesab olunur. Onların dayanıqlı və davamlı inkişafa, məşğulluğun təmin edilməsinə, yoxsulluğun azaldılmasına, sahibkarlığın və innovasiyaların stimullaşdırılmasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına verdiyi töhfə böyükdür. Dünya üzrə şirkətlərin təqribən 90 %-i KOB subyektləridir. KOB-lar dünyada məşğulluğun 60-70 %-ni, ümumi daxili məhsulun 50-60 %-ni təmin edir.
Azərbaycanda da KOB-lar iqtisadiyyatın hərəkətverici qüvvəsi, dayanıqlı və davamlı inkişafın açarıdır. Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları" təsdiq olunub. Bu meyarlara əsasən, ölkəmizdə mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olan biznes subyektləridir. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 200 min 3 milyon manat arasında olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır.
Ölkəmizdə KOB subyektləri əsasən ticarət, kənd təsərrürfatı, tikinti, emal, logistika, sənaye, turizm, ictimai iaşə, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərirlər.
KOB subyektlərinin yeni bölgüsü meyarlarının tətbiq edildiyi son 5 il ərzində KOB-ların sayı 54 % artıb. Bu dövrdə KOB–ların qeyri-neft/qaz sektoru üzrə əlavə dəyərdə payı 23,5 %-dən 27,2 %-ə yüksəlib. KOB-lar tərəfindən yaradılan əlavə dəyərin həcmi 74 %-dən çox artaraq təqribən 17,2 milyard manat təşkil edib. Bu dövrdə KOB-ların işçilərinin sayı 31 % artaraq 370 min nəfəri keçib.
Ötən ilin statistikasına əsasən Azərbaycanda KOB sektoru üzrə cəmi dövriyyə 43,8 milyard manat təşkil edib ki, bu da 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 13 % artım deməkdir. Son illərin statistik göstəricilərinə əsasən meyarı böyüyən şirkətlərin sayında müsbət dinamika müşahidə edilir. 2022-ci ildə meyarı böyüyən şirkətlərin sayı təqribən 4 600, 2023-cü ildə isə 5 300-ü keçib. Şirkətlərin böyüməsi təkcə onların dövriyyəsinin artması ilə deyil, eyni zamanda, texniki imkanlarının genişlənməsi, mütərəqqi biznes proseslərinin tətbiqi və məhsuldarlığının yüksəlməsi ilə müşayiət olunur. Bu isə ölkə iqtisadiyyatının dayanıqlığının artırılmasında və şaxələndirilməsində mühüm rol oynayır.
Ölkəmizdə sahibkarlar, o cümlədən KOB subyektləri dövlətin geniş dəstək tədbirləri ilə əhatə olunur. Bu iqtisadiyyatın müxtəlif sahələrində yeni KOB subyektlərinin yaranmasını və mövcud KOB-ların fəaliyyətinin genişlənməsini, mikro sahibkarların kiçik, kiçik sahibkarların orta və iri biznes subyektlərinə çevrilməsini stimullaşdırır. KOB subyektlərinə göstərilən dəstək və xidmətlər biznesin qurulmasından başlayaraq onun inkişafına qədər olan bütün prosesi əhatə etməklə, müxtəlif vergi və gömrük güzəştlərini, infrastruktur və digər institusional dəstək tədbirlərini, güzəştli kredit və subsidiyaları və sairi əhatə edir. Həmçinin, sözügedən sektorda dövlət siyasətinin təkmilləşdirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması və institusional dəstəyin təmin edilməsi məqsədilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yeni KOB-ların yaradılması və mövcud bizneslərin inkişafı müxtəlif dəstək alətləri və xidmətlərlə dəstəklənir.
KOB-ların ehtiyac və problemləri daima diqqətdə saxlanılmaqla, onlarla qarşılıqlı əməkdaşlıq, dövlət-özəl sektor əməkdaşlığı platforması çərçivəsində keçirilən sahəvi görüşlər, forumlar, eləcə də sorğular vasitəsilə mütəmadi olaraq öyrənilir. Əldə olunmuş məlumatlara uyğun olaraq, qanunvericilikdə müvafiq dəyişikliklər edilir, əlavə güzəştlər və yeni dəstək mexanizmləri işə salınır.
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" çərçivəsində hazırlanan ortamüddətli sosial-iqtisadi inkişaf strategiyasında da kiçik və orta sahibkarlığın ölkədə iqtisadi artımın və məşğulluğun əsas mənbəyinə çevrilməsi strateji hədəflərdən biri olaraq müəyyən edilib. "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" Qanuna, Nazirlər Kabinetinin 5 fevral 2024-cü il tarixli Qərarı ilə təsdiq edilmiş KOB subyektlərinə əlavə dəstəyin göstərilməsini nəzərdə tutan iqtisadiyyatın prioritet sahələrinin siyahısına, eləcə də sahibkarlıq sahəsində dövlətin prioritetlərinə və beynəlxalq müstəvidə KOB-larla bağlı çağırışlara uyğun olaraq, KOB subyektlərinə dəstək qarşıdakı dövrə də davam etdiriləcək.
Qarşıdakı illərdə KOB-ların rəqəmsallaşmasına, "yaşıl iqtisadiyyat"a keçiddə KOB-ların rolunun artırılmasına, işğaldan azad olunmuş ərazilərdə KOB subyektlərinin fəaliyyətinin təşkilinə diqqət daha da artırılacaq.

Biznes     Tarix: 27 iyun 2024

Oxşar xəbərlər

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını


iqtisadi xeberler biznes xeberleri bitcoin valyuta xeberleri bitkoin almaq