Azərbaycanda yeni futbol klubları yaradıla bilər - AÇIQLAMA

Azərbaycanda yeni futbol klubları yaradıla bilər - AÇIQLAMA"Zəngəzur futbol klubu yaradıla bilər və yaradılmalıdır. Biz Qərbi Azərbaycan torpaqlarına başqa bir ölkənin ərazisi kimi baxmaq düşüncəsindən qurtulmalıyıq. O torpaqlar son qarışına qədər tarixi Azərbaycan torpaqlarıdır və o ərazilərdə tarix boyu azərbaycanlılar yaşayıb".
azxeber.com xəbər verir ki, xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında "Qərbi Azərbaycan İcması"nın sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.
Deputat qeyd edib ki, Qərbi Azərbaycanın da özünün futbol klubu olmalıdır: "Bu gün müxtəlif bölgələrimizin futbol klubları var, Qərbi Azərbaycanın da futbol klubları niyə olmasın? Məsələn, "Zəngəzur" futbol klubu, "Dərələyəz" futbol klubu, "Göyçə" futbol Klubu, "Ağbaba" futbol klubu və s. Bu klublar olmalıdır və onlara bərabər səviyyədə şərait yaradılmalıdır. Hələ onlara bir az da artıq şərait yaradılmalıdır. Çünki bu, təkcə idman məsələsi deyil, həm də siyasi, ideoloji məsələdir".
Ə.Ələkbərli xatırladıb ki, hazırda Azərbaycan Qaçqınlar Cəmiyyətinin təşəbbüsü ilə yaradılan İrəvan futbol klubu fəaliyyət göstərir: "Bu klub Azərbaycan Region Liqasında uğurlu çıxış edir. Amma Bakıda kifayət qədər stadion olsa da, İrəvan klubuna həftədə bir-iki dəfə məşq eləmək üçün nə Gənclər və İdman Nazirliyi, nə də AFFA bir stadion tapa bilir. Stadion var, amma külli miqdarda icarə haqqı tələb edilir. Əgər ortada Azərbaycan xalqının milli maraqları varsa, belə yerdə axar sular durmalıdır, hər kəs əlindən gələn dəstəyi göstərməlidir. Hər hansı stadion həftədə cəmi bir dəfə 2-3 saatlıq gəlirindən imtina etməklə kasıb düşməz. Bu mübarizə Vətən uğrunda mübarizədir, bu mübarizəyə pul kisəsindən baxanlar millətin üz qarasıdır.
Qərbi Azərbaycan İcmasının dəstək verdiyi daha bir idman klubu – İrəvan İdman Klubu Göygöl rayonunda fəaliyyət göstərir və bu klubun da idman aləmində xeyli uğurları var. Hesab edirəm ki, müvafiq qurumlar belə idman klublarının sayını artırmalı və dünya çempionatlarında çıxış etmələri üçün onlara hər cür şərait yaratmalıdırlar".

Xəbərlər     Tarix: 21 avqust 2022

Oxşar xəbərlər

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə


iqtisadi xeberler leobank kart dollar manat kursu bitcoin qiymeti biznes xeberleri