Azərbaycanda yeni kartof sortları yaradılır

Azərbaycanda yeni kartof sortları yaradılırKənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu yeni, daha məhsuldar, xəstəliyə və zərərvericilərə davamlı kartof sortlarının yaradılması üzərində işləyir.
Bunu açıqlamasında İnstitutun İdarə Heyətinin sədri Elmar Allahverdiyev bildirib.
"Ötən il 4 yeni kartof sortuna patent almışıq. Bir neçə fermer onları öz əkin sahəsində sınaqdan keçirib və bəyənib. Bu il daha 5 sort qeydiyyata alınacaq. Bizim sortlar Avropa və digər ölkələrdən gətirilən sortlardan heç də geri qalmır. Yeni 5 sorta patent əldə edildikdən sonra onların ilkin toxumçuluğu sürətli şəkildə təşkil ediləcək və toxumçu fermerlərə təqdim olunacaq", - deyə o qeyd edib.
"Dünyada belə bir tendensiya var ki, torpağın keyfiyyəti aşağı olan yerlərdə də müasir suvarma sistemlərinin və gübrələmənin hesabına kartof yetişdirilir. Ancaq Azərbaycanda, xüsusilə də dağlıq və dağətəyi rayonlarda orqanik tələblərə cavab verən kartof yetişdirilir. Ona görə də həmin ərazilərdəki məhsula istehlakçıların daha çox tələbatı var. Bizdə insan səhhətinə ziyanı olmayan həddə gübrələrdən istifadə olunur",- deyə E.Allahverdiyev əlavə edib.
Onun sözlərinə görə, hazırda ölkədə həm faraş, yəni tezyetişən, həm də gecyetişən (dağlıq ərazilərdə) kartof yetişdirilir: "Faraş toxumlar fevralın sonuna qədər əsasən Cəlilabad və Masallı rayonlarında, həmçinin Şəmkir və Tovuz rayonlarının aran hissələrində əkilir, mayın sonlarına qədər yığılır. Azərbaycandan ixrac edilən kartof əsasən faraş kartofdur və fermerlərə yüksək gəlir gətirir. Gecyetişən toxumlar isə aprel-may aylarında əkilir, sentyabr-oktyabr aylarında yığılır. Son vaxlar ənənəvi kartofçuluq rayonları sayılmayan Qəbələ, İsmayıllı, Zaqatala kimi dağlıq və dağətəyi rayonlarda kartof əkinləri genişlənir. Qusar rayonunun da kartofçuluq potensialı böyükdür. Bura xüsusilə kartof toxumçuluğu üçün əlverişlidir. Dağlıq və dağətəyi ərazilərdə əkilən kartof dadına görə üstündür. Azərbaycanın kartofa olan illik tələbatı təxminən 1 milyon tondur. Ölkədə istehsalın illik həcmi isə 1,2 milyon tondur. Odur ki, Rusiyaya ixrac həyata keçirilir".
© "Report"

Maraqlı     Tarix: 07 avqust 2023

Oxşar xəbərlər

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

Avropada restoranlarda bəxşiş vermək lazımdır? Səyahət bələdçisi izah edir

Avropada bəxşiş qaydalarını anlamaq bəzən çətin ola bilər, xüsusən də adətlər ölkədən ölkəyə dəyişdiyi üçün. Bu qısa bələdçi restoran etiketini və xidmətə görə bəxşiş qaydalarını izah edir ki, qitə boyunca daha rahat səyahə

ÜDM üçün tələ: süni intellekt köpüyü niyə iqtisadçıları əvvəlkilərdən daha çox qorxudur?

ABŞ fond bazarı yüksəlişdədir və bu artımın əsas lokomotivi süni intellektdir. Texnologiya nəhəngləri süni intellekt mütəxəssislərini öz tərəflərinə çəkmək, çipləri kütləvi şəkildə almaq və məlumat mərkəzləri tikmək üçü

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Çinin yeni Arktika marşrutunun perspektivləri və gizli riskləri

Dəniz daşımalarındakı dar boğazlardan getdikcə daha çox narahat olan dünya üçün Dubai Tower gəmisinin reysi ümidverici siqnal sayıla bilər. Konteynerdaşıyan gəmi avqustun 15-də Çinin Ninbo limanından yola düşərək Şimal Buzl

Ötən il Qərbi Kaspi Universiteti 5 milyon manata yaxın mənfəət əldə edib

Qərbi Kaspi Universitetinin 2025-ci ildə ümumi gəlirləri 14 milyon 172,5 min manat, vergitutma məqsədləri üçün mənfəəti isə 4 milyon 963,1 min manat təşkil edib. Universitetin təqdim etdiyi mənfəət vergisi bəyannaməsind


iqtisadi xeberler bank faizleri bitcoin en son xeberler birbank