Azərbaycanda zərər çəkmiş sığortalı fermerlərə - 6 MILYON MANAT ÖDƏNILƏCƏK

Azərbaycanda zərər çəkmiş sığortalı fermerlərə - 6 MILYON MANAT ÖDƏNILƏCƏK2023-cü ildə Azərbaycanda təbii fəlakətlər və digər hadisələr nəticəsində əkin sahələrinə dəyən zərərlər üzrə təqribən 6 milyon manat sığorta ödənişi ediləcək. 
Bu barədə Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov Qusar rayonunda jurnalistlərə açıqlamasında bildirib. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Fond sədri bildirib ki, artıq təbii fəlakətlər nəticəsində fermerlərə dəyən zərərlərin ödənilməsinə başlanılıb: "Təqribi hesabamalara görə, bu il əkin sahələri üzrə aqrar sığrta ödənişləri 6 milyon manata çatacaq".
Azərbaycanda payızlıq əkin sahələrinin bəyanı prosesinin başlandığını xatırladan Fond sədri fermerləri əkin sahələrini vaxtında sığortalamağa çağırıb: "Fermerlər əkinlərini vaxtında bəyan edərək sahələrini sığorta etsinlər ki, hadisə baş verəndə dövlətdən təzminat ala bilsinlər".
F.Sadıqovun sözlərinə görə, artıq ölkədə bu il əkin sahələrinə dəyən zərərlərlə bağlı ödənişlər başlayıb və bu məbləğin 6 milyon manata çatması gözlənilir: 
"Ölkədə tətbiq edilən yeni sistem olmasına baxmayaraq, bu il ərzində təsdiq edilmiş zərər ödənişlərinin həcmi artıq 6 milyon manata yaxınlaşıb, bu kifayət qədər böyük rəqəmdir". 
Fond rəhbəri bildirib ki, ildən ilə sığortalanan ərazilərin həcmi artdıqca fermerlərin aldığı zərər ödənişlərinin məbləği də böyüyür: «Təbiət hadisələrinin sayı da artır və bu hadisələrdən qorunmaq üçün fermerlərə dövlət dəstəyi ilə sığorta xidmətləri göstəririk». 
Xatırladaq ki, Azərbaycanda aqrar sığorta mexanizminin tətbiqindən qısa müddət keçməsinə baxmayaraq zərər çəkən fermerlərə sığorta ödənişləri hər il artmaqdadır. 
Belə ki, 2021-ci ildə fermerlərə 1,7 milyon manat, 2022-ci ildə isə 2,3 milyon manat sığorta ödənişi edildiyi halda, 2023-cü ildə bu göstəricinin 2 dəfədən də çox artması gözlənilir.  / marja.az

Banklar     Tarix: 28 noyabr 2023

Oxşar xəbərlər

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas


iqtisadi xeberler biznes krediti bitkoin almaq dollarin kursu bu gun kripto