Azərbaycanın cari əməliyyatlar balansında $23.5 mlrd. profisit yaranıb
2022-ci ildə Azərbaycan Respublikasının cari əməliyyatlar balansında (CƏB) $23.5 mlrd. profisit yaranıb.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının tədiyə balansı ilə bağlı açıqlamasında deyilir.
Cari əməliyyatlar balansı illik müqayisədə $15.17 mlrd., yaxud 2.8 dəfə artıb. 2021-ci il üzrə $8.3 mlrd. profisit olmub.
CƏB ÜDM-in 29.8%- ni təşkil edib. Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilə nəzərən illik müqayisədə 2 dəfə artaraq $28.7 mlrd., qeyri-neft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 9.4% azalaraq $5.2 mlrd. məbləğində olmuşdur
Cari əməliyyatlar balansının əsas komponenti olan xarici ticarət saldosu Xarici ticarət balansı $27.36 mlrd. olub. Digər hissəsi 1.36 mlrd. kəsrlə xidmətlər balansı, 5.49 mlrd. kəsrlə ilkin gəlirlər balansı təşkil etmiş, 2.97 mlrd. profisit isə təkrar gəlirlər balansı hesabına baş tutub.


Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Layihə menecmenti nədir?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Biznes təlimlər və tədris üsulları
Dünyanın ən zəngin idmançıları
Shopify-da necə satışa başlamaq olar?