Azərbaycanın dövlət büdcəsinin yarısı neft sektorundan asılı olaraq qalır

Azərbaycanın dövlət büdcəsinin yarısı neft sektorundan asılı olaraq qalırXəbər verdiyimiz kimi, 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 282,5 milyon manat və yaxud 0,8 faiz, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə 3 milyard 493,4 milyon manat və yaxud 11,4 faiz çoxdur.  Dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 138,2 milyon manat və ya 0,4 faiz çoxdur. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 milyard 590 milyon manat proqnozlaşdırılır ki, bu da 2023- cü illə müqayisədə 144,3 milyon manat və ya 5,3 faiz azdır. 
Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 50,2 faizi və ya 17 milyard 164 milyon manatı neft sektorunun, 49,8 faizi və ya 17 milyard 9 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2023-cü ilin dövlət büdcəsinin göstəricisi ilə müqayisədə neft sektorunun gəlirləri (ARDNF-dən transfert daxil olmaqla) 775,7 milyon manat və ya 4,3 faiz az, qeyri-neft sektorunun gəlirləri isə 1 milyard 58,2 milyon manat və ya 6,6 faiz çox, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə neft sektorunun gəlirləri 1 milyard 834,4 milyon manat və ya 12,0 faiz, qeyri-neft sektorunun gəlirləri 1 milyard 659 milyon manat və ya 10,8 faiz çoxdur.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Neft sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 74,5 faizini və ya 12 milyard 781 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 25,5 faizini və ya 4 milyard 383 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. 
Qeyri-neft sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 58,1 faizini və ya 9 milyard 890 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 34,7 faizini və ya 5 milyard 900 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 4,9 faizini və ya 831 milyon manatını büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən büdcədənkənar fondlara daxilolmalar, 2,3 faizini və ya 388 milyon manatını sair gəlirlər təşkil edir.
2024-cü ildə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin 88,2 faizini və ya 13 milyard 929 milyon manatını vergi gəlirləri, 11,8 faizini və ya 1 milyard 861 milyon manatını qeyri-vergi gəlirləri təşkil edir.
2024-cü ildə dövlət büdcəsi gəlirlərinin 13 milyard 865 milyon manatı və ya 40,6 faizi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 12 milyard 781 milyon manatı və ya 37,4 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 5 milyard 900 milyon manatı və ya 17,3 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 831 milyon manatı və ya 2,4 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 796 milyon manatı və ya 2,3 faizi isə sair gəlirlərin payına düşür.
Azərbaycanın dövlət büdcəsinin yarısı neft sektorundan asılı olaraq qalır

Maliyyə     Tarix: 06 noyabr 2023

Oxşar xəbərlər

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını


iqtisadi xeberler emlak xeberleri bank faizleri biznes ideyalari bitcoin qiymeti