Azərbaycanın Gürcüstana investisiyası 48% artıb
Azərbaycanın Gürcüstan iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcmi 2026-cı ilin ilk yarısında illik müqayisədə 47,7% artaraq 114 milyon dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 77,1 milyon dollar idi.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Azərbaycanın xaricə yönəltdiyi ümumi birbaşa investisiyalarda Gürcüstanın payı 5,7%-dən 2,3%-ə düşüb. Buna səbəb Azərbaycanın ümumi xarici investisiyalarının eyni dövrdə 1,35 milyard dollardan 5 milyard dollara yüksəlməsidir.
Əks istiqamətdə isə azalma qeydə alınıb. Gürcüstandan Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar 65,9% azalaraq 69,1 milyon dollardan 23,6 milyon dollara düşüb.
Sərmayəni kimlər qoyur?
Gürcüstanın statistikası Azərbaycan investisiyalarının əsasən nəqliyyat-logistika, tikinti və maliyyə sektorlarına yönəldiyini göstərir. "Geostat"ın təqdim etdiyi məlumatlara görə, 2026-cı ilin ilk rübündə nəqliyyat-logistika sektoruna 18,5 milyon dollar, tikintiyə 10,5 milyon dollar, maliyyə və sığortaya isə 1,5 milyon dollar Azərbaycan investisiyası yönəlib.
Əsas investorlar arasında SOCAR-ın Qara Dəniz Terminalı ("Black Sea Terminal"), "SOCAR Gas Export-Import" və Gürcüstandakı midstream strukturları, həmçinin "PASHA Development Georgia" yer alır. "Black Sea Terminal" SOCAR-ın Kulevidəki neft terminalını idarə edir və terminalın illik aşırma gücü 10 milyon tona qədərdir.
2026-cı ilin iyununda SOCAR üçün daha bir iri dəyişiklik baş verib. Beləki, Bakı-Supsa Qərb İxrac Boru Kəməri və Supsa terminalının operatorluğu "SOCAR Midstream Operations"a keçib. Bu, məhz birinci yarımildə Azərbaycanın Gürcüstandakı enerji-logistika fəaliyyətinin genişlənməsini göstərən əsas hadisələrdəndir.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
Dünyanın əh bahalı brendləri - TOP-10
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Biznes qurmaq üçün nə lazımdır?