Azərbaycanın peyk xidmətlərinin ixrac gəlirləri kəskin azalıb
Bu ilin yanvar-avqust aylarında "Azərkosmos" tərəfindən dünyanın 36 ölkəsinə 17,2 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 44,1% azalıb.
"Azərkosmos"-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83%-ni təşkil edib. 2022-ci ilin avqust ayında isə "Azərkosmos" dünyanın 33 ölkəsinə 2,1 mln. dollar dəyərində xidmət ixrac edib.
2022-ci ilin yanvar-avqust ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 4,4 mln. dollar ilə Birləşmiş Krallıq, 3,5 mln. dolları ilə Fransa, 2,9 mln. dollar ilə Lüksemburq, 1,6 mln. dollar ilə BƏƏ və 956,7 min dollar ilə Pakistan qərarlaşıb. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Dünyanın əh bahalı brendləri - TOP-10
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Whatsapp biznesin üstünlükləri nələrdir?
SMM nədir?
"Freelance" nədir?