Azərbaycanın strateji valyuta ehtiyatları $89,4 milyarda çatıb

Azərbaycanın strateji valyuta ehtiyatları ,4 milyarda çatıbAzərbaycanın strateji valyuta ehtiyatları 2026-cı il sentyabrın 30-na 89 milyard 380,7 milyon ABŞ dollarına çatıb. Bu, açıqlanan müqayisə göstəricisinə əsasən, 9,7% artım deməkdir. Ehtiyatların yüksəlməsi neftin kəskin bahalaşması və ölkənin xarici ticarətində müsbət saldonun genişlənməsi fonunda baş verir.
Banker.az Azərbaycan Mərkəzi Bankının məlumatına istinadən xəbər verir ki, strateji valyuta ehtiyatları Mərkəzi Bankın rəsmi ehtiyatlarından və Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərindən formalaşır.
Sentyabrın sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard 363,4 milyon dollar təşkil edib. Ümumi göstərici ilə müqayisədən ARDNF-nin payına təxminən 74 milyard 17,3 milyon dollar düşdüyü məlum olur. Beləliklə, strateji ehtiyatların təxminən 83%-i Dövlət Neft Fondunun, 17%-i isə Mərkəzi Bankın payına düşür.
Ehtiyatların artması ölkəyə daxil olan xarici valyuta axınlarının yüksək olduğu dövrə təsadüf edir. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın ixracı 27,8% artaraq 21,82 milyard dollar, idxalı isə 24,1% azalaraq 11,42 milyard dollar olub. Nəticədə xarici ticarətdə 10,39 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, ötən ilin eyni dövründəkindən 5,2 dəfə çoxdur.
Oxşar yazı: Hökumətin $65 gözlədiyi neft $133-ü keçdi – Proqnozu iki dəfədən çox üstələdi
Eyni zamanda, dünya enerji bazarındakı bahalaşma Azərbaycan üçün əlavə valyuta gəlirləri perspektivi yaradır. Oktyabrın 9-na olan məlumata görə, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 133,23 dollara yüksəlib. Bu, Azərbaycanın 2026-cı il dövlət büdcəsində nəzərdə tutulan 65 dollarlıq orta illik neft qiymətindən iki dəfədən çox yüksəkdir. Bununla belə, cari bazar qiymətinin yüksək olması bütün il üzrə orta satış qiymətinin eyni səviyyədə olacağı anlamına gəlmir.
Valyuta gəlirlərinin artması manatın ABŞ dollarına qarşı bahalaşması istiqamətində iqtisadi təzyiqləri də gücləndirə bilər. Xüsusilə ixracdan daxilolmaların yüksəlməsi, idxala valyuta tələbinin azalması və dövlətin böyük xarici aktivləri manatın sabitliyini dəstəkləyən amillərdir. Bununla belə, dolların rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində saxlanılır və potensial bahalaşma təzyiqi məzənnənin faktiki dəyişməsi demək deyil.
Neft qiymətləri ilə bağlı proqnozlar da Azərbaycan iqtisadiyyatı üçün əlverişli xarici mühitin müəyyən müddət davam edə biləcəyini göstərir. Mərkəzi Bankın iyulda açıqladığı proqnoza əsasən, 2026-cı ildə neftin orta qiymətinin 87,7 dollar, 2027-ci ildə isə 82,8 dollar olacağı gözlənilirdi. Azərbaycan hökuməti isə 2027-ci ilin dövlət büdcəsi üzrə ilkin hesablamalarında neftin qiymətini yenə 65 dollar götürüb.
ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) oktyabrın 6-da "Brent" neftinin 2026-cı il üzrə orta qiymət proqnozunu təxminən 98 dollara, dördüncü rüb üzrə isə 105 dollara yüksəldib. Beynəlxalq Enerji Agentliyi (IEA) isə sentyabr hesabatında qlobal neft təklifinin 2026-cı ildə gündəlik 5,7 milyon barel azalacağını proqnozlaşdırıb. Qurum bu vəziyyəti Yaxın Şərqdə hasilat və daşımalardakı fasilələrlə əlaqələndirib.

Banklar     Tarix: 09 oktyabr 2026

Oxşar xəbərlər

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkildi

ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi növbəti ağacəkmə aksiyasında iştirak edib. Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbayca

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub. Mərkəzi Nəbata

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı


iqtisadi xeberler bitcoin internetden pul qazanmaq bitkoin qiymeti biznes ideyalari