Azərbaycanın təkrarsığorta şirkətinin xalis mənfəəti artıb - 24 MİLYON MANATDAN ÇOX QAZANC
"AzRe Təkrarsığorta" ASC 2024-cü ili 24 milyon 242 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 19 milyon 394 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "AzRe Təkrarsığorta"nın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 4 milyon 848 min manat və ya 25% artıb.
Marja.az Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, "AzRe Təkrarsığorta"nın cəmi gəlirləri 2023-cü ildə 122 milyon 420 min manat ikən, 2024-cü ildə 86 milyon 702 min manata düşüb (35 milyon 718 min manat və ya 29,2% azalıb). Şirkətin cəmi xərcləri isə 41 milyon 29 min manat və ya 41,3% azalaraq 58 milyon 396 min manata düşüb. Ötən il xərclərdəki azalma gəlirlərdəki azalmadan daha yüksək məbləğdə olduğu üçün "AzRe Təkrarsığorta"nın mənfəəti daha yüksək məbləğdə olub.
2023-cü ildə "AzRe Təkrarsığorta"nın gəlirlərinin daha yüksək olması Şirkətin sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə 60 milyon 917 min manat gəlir əldə etməsi, xərclərinin isə daha yüksək məbləğdə olması sığorta ödənişlərinin məbləğinin böyük olması ilə əlaqədar idi.
2024-cü ildə "AzRe Təkrarsığorta"nın təkrarsığorta üzrə təkrarsığorta haqları 31 milyon 322 min manat və ya 58,2% artaraq 85 milyon 150 min manat təşkil edib.







"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
İnvestisiyanın necə cəlb etmək olar?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Onlayn biznes ideyaları