Azərbaycanın Türkiyə şirkətlərinə verdiyi investisiya təşviqi sənədlərinin sayı açıqlanıb
İndiyə qədər təsisçiləri Türkiyə vətəndaşları və yaxud şirkətləri olan 19 layihəyə investisiya təşviqi sənədi verilib.
FED.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" (TÜİB) İctimai Birliyinin 6-cı dönəm Seçkili Ümumi Yığıncağında bildirib.
Onun sözlərinə görə, Türkiyə şirkətləri Azərbaycanda yaradılan münbit biznes mühitindən faydalanır: "Sözügedən sənədi əldə edən hüquqi şəxslər texnoloji avadanlıq və qurğuların idxalı zamanı ƏDV və idxal gömrük rüsumlarından, habelə əmlak və torpaq vergiləri, eləcə də mənfəət və gəlir vergisinin 50%-nin ödənilməsindən azad edilir".
Nazir müavini əlavə edib ki, sarsılmaz siyasi və iqtisadi bağlardan irəli gələn tərəfdaşlıq nəticəsində qardaş Türkiyə ilə indiyə qədər müxtəlif sahələrdə 300-dən çox sənəd imzalanıb: "15 iyun 2021-ci il tarixində hər iki ölkənin dövlət başçılarının imzaladığı "Müttəfiqlik Münasibətləri Haqqında Şuşa Bəyannaməsi" tərəfdaşlığımızın yeni mərhələsinin təməlini qoyub". (Report)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Biznes təlimlər və tədris üsulları
Ev şəraitində pul qazanmağın yolları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Dünyada ən çox oxunan 5 kitab