Azərbaycanlı xəstələr yenə İrana axışır? - Cənub qonşumuzun təbabəti irəli necə gedib

Azərbaycanlı xəstələr yenə İrana axışır? - Cənub qonşumuzun təbabəti irəli necə gedib"İslam Respublikası tibbi xidmətlər üçün regional mərkəz hesab olunur". Bu sözləri İran prezidenti İbrahim Rəisi deyib. Rəisi Tehranda İran tibbi ilə bağlı konfransda çıxışı zamanı bildirib ki, İranın bir çox şəhərləri "sağlamlıq mərkəzi" hesab edilir və bu baxımdan ölkə regionda və dünyada ideal mövqedədir.
"Qonşu ölkələrin vətəndaşları deyirlər ki, əvvəllər müalicə üçün Avropaya gedirdilərsə, indi tibbi xidmət üçün İrana gəlməyə üstünlük verirlər", - deyə o qeyd edib.
İran prezidentinin sözlərinə görə, İranda istifadə olunan dərmanların 90 faizindən çoxu yerli istehsaldır və İran hazırda əczaçılıq məhsullarının əsas ixracatçısıdır.
Xatırladaq ki, İrana gələn tibbi turistlərin sayı 2007-ci ildə 20 min idisə, 2019-cu ildə 300 min olub. Tibbi turizmindən əldə edilən ümumi gəlir isə 1,2 milyard dollara çatıb.
Rəisinin fikirləri nə dərəcədə reallığı əks etdirir? On illərlə Qərbin sərt sanksiyaları altında olan İranın təbabəti necə olub xeyli qabağa gedib, dərman preparatlarının 90%-ini özü istehsal edir, müasir tibb texnologiyalarına malikdir və qonşu ölkələrin əhalisi üçün ölkə "tibbi mərkəz"ə çevrilib? Cənub qonşumuz buna necə nail olub? Konkret olaraq Azərbaycandan müalicə almaq üçün İrana əvvəlki axın qalırmı? Nəzərə alsaq ki, arada pandemiyaya görə sərhədlər xeyli müddət bağlı olub. İran səhiyyəsi gerçəkdənmi Azərbaycan vətəndaşları üçün daha keyfiyyətli və əlçatandır?
azxeber.com xəbər verir ki, "Ankara" klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb: "Əslində İrana əvvəlki tək axın hiss olunmur. Çünki adətən İrandan gələnlər öz reseptləri ilə birgə gəlirdilər və son vaxtlarda bizim praktikamızda buna rast gəlmirik. Deyərdim ki, axır vaxtlar daha çox Almaniyaya axın müşahidə olunur. Yəni artıq bu ölkəyə doğru gedişlər artmaqdadır.
Ümumiyyətlə, səhiyyədə belə bir şey var, daha yaxşı müalicə üçün insanlar başqa ölkələrə getməyə çalışırlar. Necə ki, kənddə olanlar rayonlara, rayondakılar şəhərlərə üz tutur, şəhərdəkilər də başqa ölkələrə getmək arzusunda olur. Məsələn, bir sıra azərbaycanlılar əgər Türkiyəni seçirsə, Türkiyədəkilər də daha çox Avropanı seçirlər və sairə.
İran seçimində üstünlüyün əsas səbəblərindən biri bu ölkənin bizə yaxınlığıdır. Yəni pandemiyadan əvvəl əksəriyyət hətta öz maşınları ilə İrana müalicəyə gedirdi. İkinci çox vacib məsələ İranda səhiyyə xidmətinin, o cümlədən də dərman maddələrinin çox ucuz olmasıdır. Bəziləri hətta işlə müalicəni birləşdirib, ora gedirdi. Həm işini görür, həm də müalicəsini orada aparırdı. Lakin son aylarda, hətta illərdə bu azalmanın əsas səbəbi təbii ki, koronavirus pandemiyası oldu. Daha bir səbəb isə deyilənə görə, artıq İranda kənardan gələn xəstələr üçün müalicə və müayinənin qiyməti artırılıb".
Həkim qeyd etdi ki, bəzi xəstəliklərin müalicəsi üçün heç də digər ölkələrə getməyə gərək yoxdur: "Bir məsələni diqqətə çatdırmaq istəyirəm, bir sıra xroniki xəstəliklər var ki, onların müalicəsi standartlara uyğun aparılsa, heç fərqi yoxdur, müalicə Azərbaycanda, ya Avropada aparılır. Çünki həmin xəstəliklərdə tibb elminin gəldiyi müəyyən bir nöqtələr, diaqnostik, müalicə protokolları var ki, onlardan kənarda heç nə yoxdur. Yeni kəşflər, ixtiralar, protokollar olursa, onun üçün maraqlanan insanlar üçün anındaca əlçatan olur. Bu baxımdan qeyd olunan xəstəliklərin müalicəsi üçün başqa ölkəyə getməyin mənası yoxdur.
Lakin bəzi xəstəliklər də var ki, onların müalicəsi hansısa ölkədə daha çox mümkün olur. Səbəb isə odur ki, orada bir sıra xəstəliklər üçün xüsusi mərkəzlər yaradırlar. Lakin qeyd etdiyim kimi, sadə problemlərdən ötrü başqa ölkələrə getməyi mənalı saymırıq, amma əlbəttə ki, seçim insanlarındır".
"Azərbaycan da daha çox dərman istehsalına başlaya bilərmi, bunun üçün imkanlar varmı" sualına Zülfüqar Yusifov bu cür cavab verdi:
"Əczaçılıq sahəsi elə də sadə bir iş deyil ki, onu tez bir zamanda qurmaq olsun. Bəzi dərman preparatları var ki, onların Azərbaycanda istehsalı  iqtisadi baxımdan özünü doğrultmaya bilər. Çünki əhali sayı, müəyyən xəstəliklərin yaranma tezliyinə görə həmin preparatların istehsalı o qədər sərfəli deyil. Onu başqa ölkələrdən almaq, barter etmək daha sərfəlidir. Lakin gündəlik həyatımızda çox istifadə etdiyimiz dərman preparatları və ya tibbi ləvazimatlar var ki, onların istehsalına ehtiyac var. Bununla bağlı bəzi addımlar atılıb, amma ortada hələlik ciddi bir şey yoxdur. Görünür, daha sürətli və adekvat olmaq üçün ölkəmizə müəyyən təcrübələr gətirmək, tətbiq etmək lazımdır".

Xəbərlər     Tarix: 02 sentyabr 2022

Oxşar xəbərlər

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin


iqtisadi xeberler valyuta kurslari biznes ideyalari kicik biznes dollar kursu