"Azercell" 2022-ci ildə xalis mənfəət əldə edib – Yığılmış mənfəəti 790 milyonu keçdi
Azərbaycanda mobil operator "Azercell Telekom" MMC 2022-ci ildə 128.84 mln. manat xalis mənfəət əldə edib.
Banker.az xəbər verir ki, bu barədə telekommunikasiya şirkətinin illik audit hesabatında bildirilir.
Hesabatda qeyd edilir ki, "Azercell" 531.82 mln. manat həcmində gəlir əldə edib və bu, öncəki ildən 8.1 faiz yuxarıdır.
Bununla belə, şirkətin satışlarının maya dəyəri öncəki ildə 343.74 mln. manat olduğu halda, hesabat ilində 362.53 mln. manat olub.
Beləliklə, şirkətin 171.41 mln. manat əməliyyat mənfəəti olub. Şirkət ötən il mənfəətindən 42.57 mln. manatlıq vergi ödəmiş və nəticədə xalis mənfəəti 128.84 mln. manat olub. Öncəki ildə telekommunikasiya şirkətinin xalis mənfəəti 121.18 mln. manat idi.
Bu xalis mənfəətdən sonra "Azercell Telekom"un bölüşdürülməmiş mənfəəti 1 yanvar 2023-cü ilə 790.32 mln. manat olub.

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind