"Azercell" daha bir paketin şərtlərini dəyişdi
03 iyul 2025-ci il tarixindən etibarən "Azercell Telekom" MMC-nin "Premium" tarif istifadəçilərinə ödənişsiz təqdim olunan "Kinon Premium" abunəliyinin tərkibində yalnız "Kinon" paketi yer alacaq.
Yeni tariflərlə bağlı - "Azercell"dən RƏSMİ AÇIQLAMA
Həmin tarixədək "Kinon Premium" abunəliyi çərçivəsində istifadəçilərə "Kinon" və "Amediateka" paketləri birgə təqdim olunurdu.
FED.az xəbər verir ki, "Amediateka" xidməti qeyd olunan tarixdən etibarən artıq digər paketlər daxilində və ya ayrıca abunəlik formasında əlçatan olacaq. Göstərilən tarixədək aktiv edilmiş "Kinon+Amediateka" paketi növbəti yenilənmə tarixindən avtomatik qaydada "Kinon" paketi ilə əvəz ediləcək.
Qeyd: Abunəçilərə göstərilən dəyişiklikləri, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatı rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Korporativ abunəçilər xüsusi Müştəri Xidmətlərinə ((012)4904940 - şəhər telefonundan, 6050 - mobil telefondan (1 zəng - 0.1 AZN); bazar ertəsi - cümə, 09:00 - 18:00; Şənbə, 09:00 - 16:00; e-poçt: [email protected]) müraciət edərək mövcud tariflər, kampaniyalar və xidmətlər haqda məlumat öyrənə, müxtəlif əməliyyatlar həyata keçirə və texniki dəstək ala bilərlər.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Biznes təlimlər və tədris üsulları
Ev şəraitində pul qazanmağın yolları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Dünyada ən çox oxunan 5 kitab