Bakıda ana olan 13 yaşlı qızın körpəsi uşaq evinə YERLƏŞDİRİLDİ
Bir həftə əvvəl Bakıda ana olan 13 yaşlı yeniyetmə hələ də xəstəxanadadır. Ev şəraitində ana olan yeniyetmə TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda müalicəsini davam etdirir.
Bu barədə məlumatı Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib.
Onun sözlərinə görə, yeni doğulan körpənin Səhiyyə Nazirliyinin nəzdində yerləşən 1 saylı Körpələr Evinə yerləşdirilməsi ilə bağlı aktlaşdırılma aparılıb:
"Xətai Rayonu İcra Hakimiyyəti ilə birgə biz bunu həyata keçiririk. Bu gün isə yeniyetmənin anasının şifahi müraciəti əsasında 13 yaşlı qızın Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilməsi ilə bağlı ərizəsi rəsmiləşdiriləcək. Yaxın zamanlarda yeniyetmə artıq normal təhsilini davam etdirəcək. Eyni zamanda sığınacaqda yaşayaraq, reablitasiyasını keçəcək".
Xatırladaq ki, 13 yaşlı qız sentyabrın 6-da ev şəraitində körpə dünyaya gətirib. Vəziyyəti kritikləşdiyindən ana xəstəxanaya yerləşdirilib. 13 yaşlı qız 15 yaşlı yeniyetmə tərəfindən təcavüzə uğraması nəticəsində hamilə qalıb.
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi