Bakıda yerli şirkətlərin 6-cı tanıtım sərgisi keçiriləcək

Bakıda yerli şirkətlərin 6-cı tanıtım sərgisi keçiriləcəkİyunun 18-21-də Bakı Ekspo Mərkəzində 6-cı dəfə "Yerli şirkətlərin tanıtım sərgisi" keçiriləcək.
FED.az İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək.
Bu, sərginin keçirildiyi illər ərzində ən çox sayda yerli şirkətin bir araya gəldiyi tədbir olacaq.
Sərginin məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Ziyarətçilər sərgidə müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərin yeni məhsul və xidmətləri ilə ilk dəfə tanış ola biləcəklər. Nüfuzlu şirkətlərin təchizat zəncirində iştirak imkanlarının genişləndirilməsi və yeni əməkdaşlıqların qurulması üçün bu il sərgi çərçivəsində mikro və kiçik sahibkarların iri şirkətlərin rəhbərləri ilə görüşləri təşkil olunacaq.
Builki sərginin tərəfdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi, Dövlət Reklam Agentliyi və "İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası" (İCMA) İctimai Birliyidir.

Biznes     Tarix: 22 may 2025

Oxşar xəbərlər

Türkiyə və Makedoniya iş adamları ATİB-də bir araya gəldilər - FOTOLAR

Türkiyənin Bütün Fəal Sənayeçi İş Adamları və İş Qadınları Federasiyasının (TESİAD) İdarə heyətinin sədri Halil İbrahim Yılmaz və Makedoniya-Türkiyə Ticarət Palatası (MATTO) İdarə heyəti sədrinin müavini İmer Selmaninin başçılı

Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub

İlk dəfə olaraq ABŞ sahibkarları "Bloomberg" agentliyinin milyarderlər indeksində ilk on pillənin hamısını tutublar. xəbər verir ki, Fransanın dəbdəbəli məhsullar sektorunda fəaliyyət göstərən milyarderi Bernar

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"

İtaliya şirkətlərinin Azərbaycan və Mərkəzi Asiyaya köçürülməsi üzərində işlər aparılır. xəbər verir ki, bunu İtaliyanın FSI investisiya şirkətinin təsisçisi və baş icraçı direktoru Maurizio Tamaqnini Bakıda keçirilən I

Polşa Azərbaycana ticarət missiyası göndərəcək

Bu ilin noyabr ayında Polşanın biznesi nümayəndələrinin Azərbaycana ticarət missiyasının keçirilməsi planlaşdırılır. Polşa-Azərbaycan Ticarət Palatasına istinadən xəbər verir ki, nümayəndə heyətinin səfər tarixləri razılaşdırılm

İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib

Sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "BlackRock"un tərkibində fəaliyyət göstərən qlobal infrastruktur investisiya şirkət

Bizon lotereyasında daha 4 avtomobil sahibini tapıb - FOTOLAR

"Bizon"un təşkil etdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası çərçivəsində iyul ayı üzrə növbəti 4 qalib müəyyən olunub. xəbər verir ki, lotereyanın V tirajının qalibi Nəsimi Quliyev, VI tirajını

33 illik şirkətdən ikinci dəfə - 47 MİN MANAT GÖTÜRÜLÜR

"Orbita-Market" MMC (VÖEN: 160060231) nizamnamə kapitalını yenidən azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 235 min manatdan 188 min manata – yəni 47 min manat azaldılır

Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi fiziki şəxs Şamilov Yaşar Elşad oğlu barəsində inzibati xəta protokolu tərtib edib. Azərbaycanda elektron siqaret qadağası ilə bağlı qanunla

Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib. xəbər verir ki, Azərbaycan  Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarə


iqtisadi xeberler kripto biznes krediti bitkoin en son xeberler