Balıq pulcuqlarından televizorlar hazırlanacaq - FOTO
Balıq pulcuqlarından televizorlar hazırlanacaq - FOTO
Yapon alimləri balıq pulcuqlarını karbon nanosoğanağa çevirməyin yolunu tapıblar.
Araşdırma "Green Chemistry" jurnalında dərc olunub.
Karbon nanosoğanağı (CNO) - daxili karbon sferalarından əmələ gələn nano ölçülü karbon quruluşudur. Bu forma əla elektrik və istilik keçiriciliyinə malikdir, biotibb, bioimicinq və elektronikada (məsələn, televizor panellərinin istehsalında) istifadə olunur.
Qeyd edilir ki, nanosoğanaqların sintezi üçün ənənəvi proses çətinliklər və zərərli maddələrin atmosferə buraxılması ilə nəticələnir. Yeni yanaşma isə nə mürəkkəb katalizatorlar, nə sərt şərtlər, nə də uzun gözləmə müddətləri tələb edir - proses cəmi 10 saniyə çəkir.
Bildirilir ki, pulcuqlardan əldə edilən nanosoğanaqların sabit optik xassələri çevik plyonka və işıq-diod cihazları hazırlamağa imkan verə bilər.
Gələcəkdə CNO-dan yeni nəsil QLED televizorlarına panellər yaratmaq üçün istifadə ediləcək. Mütəxəssislərin fikrincə, yeni üsul istehsalı xeyli sürətləndirəcək və maya dəyərini aşağı salacaq.
Mənbə: Lenta.ru

Qızıl gətir, sərfəli kredit götür
Azər Türk Bank-ın Şəhid əməkdaşı ordenlə təltif edilib
Banklar 5 ayda 557 milyon manat xalis mənfəət əldə ediblər
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Çin yuanı dünya arenasında irəli aparır və Qərb sanksiyalarının təsirini zəiflədir
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Agentlik: Sahibkarların 99,7 %-i KOB subyektləridir
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznesə aid ən yaxşı 10 kitab
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
SMM nə deməkdir?
Marketinq nə demədir?